For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Türkiyədə psixologiya təhsili – Üsküdar Universiteti

Türkiyədə psixologiya
Türkiyədə psixologiya

Türkiyədə psixologiya təhsili

Fəaliyyət və Ünsiyyət problemlərini öyrənən psixologiya elmi sahəsi müasir tələblərə uyğun inkişaf etməkdədir. Elə bu səbəbdəndir ki, psixologiya təhsili almaq istəyən tələbələrin sayı artmaqdadır. Türkiyənin bir çox reytinqli universitetlərində peşəkar akademik müəllimlər tərəfindən psixologiya təhsili ala bilərsiniz.

Türkiyə universitetlərində psixologiya təhsili 4 illik olsa da bakalavr təhsilindən əlavə “klinik psixologiya” təhsili də ala bilərsiniz. Tələbələrə təhsil ilinin 2-ci ilindən başlayaraq xəstəxanalarda və reabilitasiya mərkəzlərində təcrübə keçmək imkanı tanınır.

Türkiyənin bir çox özəl və dövlət universitetlərində (Boğaziçi, İstanbul, Acıbadem, Akdeniz, Hacettepe, Koç, Yıldırım Beyazit, Başkent, Ege, Medipol və s ) turizm təhsili ala bilərsiniz.

Üsküdar Universiteti – Üsküdar Universiteti Türkiyədə Psixologiya təhsili verən tanınmış universitetlərdən biridir. Universitetin müəllim heyəti professional kadrlardan təşkil olunmuşdur. “Üniversite-Hastane İşbirliği Modeli” tələbələrə klinik anlayışları dərk etməkdə yardım edir. Təhsil müddətində araştırma, proyekt və sosiologiya yönümlü dərslər və fərqli bölümlərdən ala biləcəkləri seçməli dərslər sayəsində tələbələrə özlərinə uyğun dərs proqramı qurmaq imkanı tanıyır.

Üsküdar Universiteti Psixologiya təhsili alan tələbələrinə həm nəzəriyyə həm də praktikaya əsaslanan təhsil verir. Psixologiya lisans programından məzun olan tələbələr psixologiyanın fərqli sahələrində magistratura və doktorantura təhsili ala bilərlər. Üsküdar Universitetində Klinik psixologiya üzrə də həm magistr həm də bakalavr təhsili ala bilərsiniz. Üsküdar Universiteti psixologiya bölümü üzrə təhsil ödənişi 59.950 TL dir.

Qalata Xaricdə Təhsil Mərkəzi (Qalata.com) Türkiyədə təhsil almaq istəyən tələbələrin qəbulunu həyata keçirir. Daha ətraflı məlumat üçün təhsil mərkəzimizə yaxınlaşa bilərsiniz.

Ünvan: C.Cabbarlı 15.Nizami metrosunun yanı.

Əlaqə telefonları : +994 12 555 23 30

+994 12 594 60 34

+994 50 518 23 30

leave your comment


Your email address will not be published. Required fields are marked *

Top
1
Salam. Xaricdə Təhsillə bağlı sualınız varsa elə indi bizə yazın sizə məlumat göndərək.
Powered by