For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Türkiyədə təhsil və Türkiyədə təhsillə bağlı bilməli olduğunuz hər şey

Türkiyədə təhsil

 

 

Ünvan: C.Cabbarlı 15.Nizami metrosunun yanı.
Əlaqə telefonları: +994 12 555 23 30
+994 12 594 60 34
+994 50 518 23 30

Son illərdə Türkiyədə təhsil almaq istəyən Azərbaycanlı tələbələrin sayı olduqca artmaqdadır. Buna səbəb həm qardaş ölkə olan Türkiyənin ölkəmizə yaxın olması, həm də ölkə mədəniyyətlərinin bənzərliyi ola bilər. Türkiyə universitetlərində təhsilin üstün cəhətləri çoxdur. Elə məhz bu səbəbdən də sizə Türkiyədə təhsil haqqında hazırladığımız qısa məlumatı təqdim edirik.

Türkiyə universitetlərinə qəbul olmağın bir neçə yolları var: attestatla qəbul (imtahansız qəbul), DİM ilə qəbul, YÖS imtahanı ilə qəbul, SAT ilə qəbul üsulu.

Attestatla qəbul

Türkiyənin bir çox universitetləri sadəcə attestat ilə tələbə qəbulu həyata keçirir. Attestatla qəbul üsulu imtahansız qəbul üsuludur. Attestatla qəbul zamanı sizin attestat qiymətləriniz və attestat balı ortalamanız nəzərə alınır. Attestatla bakalavr təhsili ala biləcəyiniz bəzi ixtisaslar:

Tibb fakültəsi

Mühəndislik fakültəsi

Hüquq  fakültəsi

Qida mühəndisliyi fakültəsi

İqtisadiyyat

Memarlıq

Bank işi

İnşaat mühəndisliyi

Jurnalistika

Maliyə

İdarəetməçilik

Kimya

Fizika

Psixologiya

Kompüter və texnologiya mühəndisliyi

Musiqi müəllimliyi

Statistika

Biologiya

Tarix

DİM balı ilə qəbul

Türkiyənin bir çox universitetləri DİM imtahan balı ilə tələbə qəbul edir. DİM imtahan balı Türkiyə universitetlərinin birində təhsil almaq istəyirsinizsə sizin imtahan balınız 450-500 baldan yuxarı olmalıdır. Bu qəbul üsulu ilə siz Türkiyənin həm özəl, həm də dövlət universitetlərində istədiyiniz fakültə və ixtisas üzrə təhsil ala bilərsiniz.

YÖS imtahanı ilə qəbul

YÖS ( Yabancı Öğrenci Sınavı ) imtahanı Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır .YÖS imtahan balı ilə siz Türkiyənin həm özəl, həm dövlət olmaqla 150-dən çox universitetinə asanlıqla qəbul ola bilərsiniz. Bu imtahan Türkiyədə sırf bakalavr təhsili üçündür.

YÖS imtahanı 2 hissədən ibarət olur:
1. Məntiq və Riyaziyyat
2. Türk dili

YÖS imtahanı məntiqdən 45, riyaziyyatdan 35 sual olmaqla ümumi 80 sualdan ibarətdir. YÖS imtahanı 90 dəqiqə ərzində keçirilir.

Türk dili imtahanının keçirilməsi, təhsil almaq istəyən xarici vətəndaşın türk dilinə olan biliyinin nə dərəcədə olduğunun yoxlanılması üçündür. Türk dili imtahanı 60 dəqiqə ərzində keçirilir. YÖS imtahanlarından yığıla biləcək maksimum nəticə 100 baldır. Tələbə 60-dan yuxarı bal yığarsa bir çox universitetə (tibb ixtisası xaric) güzəştli təhsil haqqı və ya pulsuz təhsillə qəbul ola bilər.

 

Qeyd etməliyik ki, hər universitet YÖS imtahanını fərqli tarixlərdə keçirə bilər və hər universitetin YÖS keçid balı fərqli ola bilər. Bunu öyrənmək üçün öncədən universitetin saytına daxil olub qəbul şərtlərinə baxa bilərsiniz.

YÖS imtahanının nəticələri 2 il müddətində etibarlıdır.

SAT balı ilə qəbul

SAT imtahanı ilə Türkiyə, Amerika və bəzi Avropa universitetlərinə qəbul ola bilərsiniz. Bu imtahan 2 hissədən ibarətdir: SAT 1 və SAT 2.

SAT 1  imtahanı Riyaziyyat və İngilis dili bilikləri tələb edir. Riyaziyyat imtahanında tələbənin riyazi bilikləri və riyazi analitik təfəkkürü yoxlanılır. İngilis dili imtahanında isə tələbənin ingilis dili bacarıqları test edilir. SAT imtahanında hər bölmə üzrə ballar 500-800 intervalında dəyişir.

SAT 2 imtahanı bir çox akademik fənnlərdən (biologiya, kimya, fizika, çin dili, yapon dili və s) ibarətdir. SAT 2 imtahanının bal intervalı 200-800 arasında dəyişməkdədir. İmtahan nəticələri toplandıqdan sonra balınız müəyyən olunur. SAT 1 imtahanının müddəti 3 saat 45 dəqiqədir. SAT 2 imtahanının müddəti isə 1 saatdır.

Qeyd edək ki, SAT imtahanının nəticələri 2 il müddətində etibarlıdır.

Qalata Xaricdə Təhsil Mərkəzi 2019-2020-ci illər üçün Türkiyə universitetlərinə tələbə qəbulu həyata keçirir. Mərkəzimizdə Türkiyə universitetlərinə qəbul üçün YÖS və SAT imtahanı hazırlıq dərsləri də ir. Dərslər peşəkar müəllimlər tərəfindən keçirilir.  Qeyd edək ki, YÖS tələbələrimiz  dərs vəsaitlkeçiriləri ilə təmin olunur. Əlavətən qeyd edək ki, tələbələrimizin sənəd qəbulu da kursumuz tərəfindən aparılır. Tələbələrimizin qəbuluna 100% zəmanət veririk!

Əgər siz də gələcəkdə Türkiyədə təhsil almağı planlaşdırırsınızsa, o zaman Qalata Təhsil Mərkəzinə müraciət edə bilərsiniz.

  

Əgər siz də gələcəkdə Türkiyədə təhsil almağı planlaşdırırsınızsa, o zaman Qalata Təhsil Mərkəzinə müraciət edə bilərsiniz.

Comments (71)


  1. YÖS imtahanina girmek ucun yaş mehdudiyyeti varmi?

  2. Salam Türkiyədə təhsil almaq üçün hansı fənnlərdən hazırlaşmaq lazımdır.

  3. YÖS imtahaninin neticeleri nece il aktivdir?

  4. YÖS imtahaninin cavablari ne qeder vaxta cixir?

  5. Türkiyədə təhsil almaq üçün dil sertfikatı lazımdırmı?

  6. Türkiyədə təhsil almaq üçün IELTS almalıyam?

  7. YÖS imtahanına nece ay hazirlasmaq lazimdir?

  8. Türkiyədə təhsil üçün YÖS-ə 1il müddətində hazırlaşa bilərəmmi?

  9. Türkiyədə pulsuz təhsil haqqı qazanmaq üçün nə qədər bal lazımdır?

  10. Türkiyədə qiyabi təhsil almaq üçün ödəniş nə qədərdir?

  11. Türkiyədə təhsil almaq üçün hansı sənədlər lazımdır?

  12. Türkiyədə təhsil ala bilmək üçün minimum yös balı nə qədərdir?

  13. Türkiyədə təhsil almaq üçün türk dili biliyi dərəcəsi mütləqdirmi?

  14. Salam. Rus sektoruyam. Türkiyədə təhsil almaq istəyirəm. Türkiyədə rus dilində təhsil ala bilərəm?

  15. Türkiyədə magistratura təhsili almaq üçün yös imtahanı vermək lazımdı?

  16. Türkiyədə təhsil almaq üçün yös imtahanına neçə yaşdan sonra hazırlaşmaq lazımdır?

  17. Türkiyədə təhsil üçün yös yoxsa sat bunlardan hansı daha yaxşıdır?

  18. Salam. Mən 9 – cu sinifdən çıxmışam. Türkiyədə təhsil üçün yös-ə müraciət edə bilərəm?

  19. Salam. Mən texnikum bitirmişəm yenidən yös ilə Türkiyədə təhsil ala bilərərmmi?

  20. Salam. Mən bakalavr 1 ci kursam. Universiteti dondurub yös ilə yenidən bakalavr üzrə Türkiyədə təhsil almağım mümkündürmü?

  21. Salam. Xeyr YÖS imtahanı üçün yaş məhdudiyyəti yoxdur.

  22. Salam. Türkiyədə təhsil almaq üçün YÖS imtahanına Məntiq, Riyaziyyat və Türk dili fənnlərindən hazırlaşmaq lazımdır.

  23. Salam. YÖS imtahanının nəticələri 2 il müddətində keçərlidir.

  24. Salam. Türkiyədə təhsil üçün YÖS imtahanının cavabları 15-20 gün arasında çıxır

  25. Salam. Türkiyədə təhsil üçün dil sertfikatı mütləq deyil. Bu hər bir universitetin istədiyi tələblərə əsasən dəyişir.

  26. Salam. Türkiyədə təhsil almaq üçün IELTS dərəcənizin olması məcburi deyil.

  27. Salam. Türkiyədə təhsil almaq üçün YÖS imtahanında yüksək nəticə yığmaq istəyirsinizsə ən azı 8 ay hazırlaşmalısınız.

  28. Salam. Bəli Türkiyədə təhsil üçün YÖS imtahanına 1 il müddətində hazırlaşa bilərsiniz.

  29. Salam. Türkiyədə pulsuz təhsil almaq üçün Türkiyə bursları proqramına baş vurmaq lazımdır. Daha ətraflı məlumat saytımızda mövcuddur.

  30. Salam. Türkiyədə qiyabi təhsil üçün illik ödəniş 1700 Tl dir.

  31. Salam. Türkiyədə təhsil almaq üçün lazımi olan sənədlər saytımızda qeyd olunmuşdur.

  32. Salam. Türkiyədə təhsil ala bilməyiniz üçün minimum YÖS balı 50-dir.

  33. Salam. Türkiyədə təhsil almaq istəyirsinizsə türk dili imtahanı verməyiniz mütləqdir.

  34. Salam. Türkiyədə magistratura təhsili almaq üçün YÖS imtahanı vermək lazım deyil.

  35. Salam. Bəl. Texnikumu bitirib YÖS imtahanı ilə Türkiyədə təhsil ala bilərsiniz.

  36. Salam. Türkiyədə təhsil üçün YÖS və SAT seçimi sizin təhsil almaq istədiyiniz universitetə görə dəyişir. Daha ətraflı məlumatı saytımızdan əldə edə bilərsiniz.

  37. Salam. Bəli universiteti dondurub yenə də yös imtahanı ilə Türkiyədə təhsil ala bilərsiniz.

  38. Salam. Bəli. 9 – cu sinifdən çıxanlar da YÖS imtahanı ilə Türkiyədə təhsil ala bilər.

  39. YÖS imtahanı olmadan Türkiyədə təhsil ala bilərəm?

  40. Türkiyədə təhsil alan tələbələrə yataqxana tapmaqda köməklik göstərirsiz?

  41. Türkiyədə qiyabi təhsil üçün nə qədər yös balı lazımdır?

  42. Türkiyədə təhsil üçün ən yaxşı universitet hansıdır?

  43. Türkiyədə təhsil almaq üçün yalnız dil sertfikatı ilə başvuru edə bilərəm?

  44. Türkiyədə təhsil almaq üçün yös proqramına nə vaxtdan başlamaq lazımdır?

  45. Salam. Türkiyədə memarlıq təhsili üçün hansı universiteti məsləhət görürsüz?

  46. Salam. Mən 9 cu sinifdə oxuyuram. Türkiyədə təhsil üçün attestat qiymətlərinə baxılırmı?

  47. Salam. Türkiyədə təhsil üçün SAT balını qəbul edən universitetləri deyə bilərsiniz?

  48. Salam. Türkiyənin Atatürk universitetində təhsil almaq üçün hansı klriteriyalar lazımdır?

  49. Salam. Türkiyədə qiyabi magistratura təhsili ala bilmək üçün nə etməliyəm?

  50. Salam. Türkiyənin bütün universitetlərinin diplomu Azərbaycanda tanınır mı?

  51. Türkiyəə magistratura təhsili üçün ALES imtahanı verməyim mütləqdir?

    • Salam. Xeyr. Türkiyədə magistratura təhsili almaq üçün ALES imtahanı olmadan bakalavr diplomu və ortalama balınız ilə də müraciət edə bilərsiniz.

  52. Türkiyədə burslu təhsil ala bilmək üçün müəyyən təhsil proqramları varmı?

  53. Salam. Türkiyədə təhsil almaq üçün özəl universitetlər DİM balını qəbul edirmi?

  54. Salam. Türkiyədə distant təhsili ala bilmək üçün imtahan verməyə ehtiyac var?

  55. Salam. Türkiyənin Boğaziçi universiteti özəl universitetdir?

  56. Salam. Türkiyədə təhsil üçün kollec diplomu ilə müraciət edə bilərəm?

  57. Salam. Türkiyədə magistratura təhsili üçün ALES imtahanı versəm belə ortalama balım nəzərə alınacaq?

  58. Salam. Mən Azərbaycanda ibtidai sinif müəllimliyi ixtisasını bitirmişəm. Türkiyədə bakalavr təhsili üçün ixtisasımı dəyişə bilərəmmi?

  59. Türkiyədə təhsil üçün yalnız SAT imtahanı veməklə hansı universitetlərə qəbul ola bilərəm?

    • Salam. Türkiyədə SAT imtahanı ilə təhsil almaq haqqında daha ətraflı məlumat üçün ofisə yaxınlaşa bilərsiniz.

  60. Türkiyədə təhsil almaq üçün YÖS imtahanını türk dilində vermək lazımdır?

    • Salam. Türkiyədə təhsil üçün YÖS imtahanını türk, rus, ərəb, ingilis dillərində də verə bilərsiniz.

  61. Salam. Türkiyədə magistratura təhsili neçə ildir?

  62. Salam. Türkiyədə təhsil üçün ingilis sektorları var mı? Və ya ingilis dilində foundation ilə təhsil almaq olarmı?

    • Salam.Türkiyədə ingilis dilində təhsil almaq üçün ingilis dili sektorları var.

  63. Salam. Bəli. YÖS imtahanı olmadan Türkiyədə təhsil ala bilərsiniz. Daha ətraflı məlumat üçün ofisimizə yaxınlaşın.

leave your comment


Your email address will not be published. Required fields are marked *

Top
Open chat
1
Salam. Xaricdə Təhsillə bağlı sualınız varsa elə indi bizə yazın sizə məlumat göndərək.
Powered by