For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

YÖS imtahanı ilə Türkiyədə təhsil almaq şansı

YÖS imtahanı
YÖS imtahanı

YÖS imtahanı ilə Türkiyə universitetlərinə qəbul

Son illər Türkiyə universitetlərinə qəbul olmaq istəyən tələbələrin sayı artmaqdadır. Türkiyə universitetlərində təhsilin üstün cəhətləri çoxdur. Elə məhz bu səbəbdən də sizə Türkiyədə təhsil haqqında hazırladığımız qısa məlumatı təqdim edirik.

Türkiyə universitetlərinə qəbul olmağın bir neçə yolları var. Bunlardan biri də YÖS imtahan balı ilə qəbul üsuludur.

YÖS – ( Yabancı Öğrenci Sınavı ) bu imtahan Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün Universitetlərə qəbul imtahandır . Bu imtahan Türkiyədə sırf bakalavr təhsili üçündür.

Siz YÖS balı ilə  Türkiyənin həm özəl, həm dövlət olmaqla 150-dən çox universitetinə qəbul ola bilərsiniz. YÖS imtahanı 2 hissədən ibarət olur:

  1. Məntiq və Riyaziyyat
  2. Türk dili

Bu imtahan məntiqdən 45, riyaziyyatdan 35 sual olmaqla ümumi 80 sualdan ibarətdir. YÖS imtahanı 90 dəqiqə ərzində keçirilir.

Türk dili imtahanının keçirilməsi, təhsil almaq istəyən xarici vətəndaşın türk dilinə olan biliyinin nə dərəcədə olduğunun yoxlanılması üçündür. Türk dili imtahanı 60 dəqiqə ərzində keçirilir. YÖS imtahanlarından yığıla biləcək maksimum nəticə 100 baldır. Tələbə 60-dan yuxarı bal yığarsa bir çox universitetə (tibb ixtisası xaric) güzəştli təhsil haqqı və ya pulsuz təhsillə qəbul ola bilər.

Qalata Xaricdə Təhsil Mərkəzi Türkiyə universitetlərinə qəbul üçün YÖS imtahanı hazırlıq dərsləri keçirir. Dərslər peşəkar müəllimlər tərəfindən pulsuz dərs vəsaitləri ilə keçirilir. Tələbələrimizin sənəd qəbulu da kursumuz tərəfindən aparılır. Əgər siz də gələcəkdə Türkiyədə təhsil almağı planlaşdırırsınızsa, o zaman bizə müraciət edə bilərsiniz. Tələbələrimizin qəbuluna 100% zəmanət veririk! Türkiyədə təhsil və YÖS  ilə bağlı suallarınızı təhsil mərkəzimizə yaxınlaşaraq əldə edə bilərsiniz.

Ünvan: Cəfər Cabbarlı 15. Nizami metrosunun yaxınlığı.

Əlaqə telefonları: +994 50 518 2330
+994 12 555 2330

leave your comment


Your email address will not be published. Required fields are marked *

Top
1
Salam. Xaricdə Təhsillə bağlı sualınız varsa elə indi bizə yazın sizə məlumat göndərək.
Powered by