For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

YÖS yoxsa SAT ?

YÖS yoxsa SAT
YÖS yoxsa SAT

Türkiyədə YÖS   yoxsa  SAT ? Xaricdə təhsil almaq istəyən tələbələri narahat edən başlıca sual budur : YÖS yoxsa SAT ? Hansı daha yaxşıdır ? İlk öncə qeyd edək ki, bu seçim sizin hansı ixtisas yönümlü olduğunuza və təhsil almaq istədiyiniz ölkəyə görə dəyişir.

SAT nədir ? Üstünlükləri nələrdir ?

SAT imtahanı ilə Türkiyə, Amerika həm də bəzi Avropa universitetlərinə qəbul ola bilərsiniz. Bu imtahan 2 hissədən ibarətdir: SAT 1 və SAT 2.

SAT 1  imtahanı Riyaziyyat və İngilis dili bilikləri tələb edir. Riyaziyyat imtahanında tələbənin riyazi bilikləri və riyazi analitik təfəkkürü yoxlanılır. İngilis dili imtahanında isə ingilis dili bacarıqları test edilir. SAT imtahanında hər bölmə üzrə ballar 500-800 intervalında dəyişir.

SAT 2 imtahanı bir çox akademik fənnlərdən (biologiya, kimya, fizika, çin dili, yapon dili və s) ibarətdir. SAT 2 imtahanının bal intervalı 200-800 arasında dəyişməkdədir. İmtahan nəticələri toplandıqdan sonra balınız müəyyən olunur. SAT 1 imtahanının müddəti 3 saat 45 dəqiqədir. SAT 2 imtahanının müddəti isə 1 saatdır.

Qeyd edək ki, SAT imtahanının nəticələri 2 il müddətində etibarlıdır.

YÖS nədir ? , Üstünlükləri nələrdir ?

YÖS imtahanı Türkiyə vətəndaşı olmayan və orada yaşamayan xarici tələbələr üçün nəzərdə tutulmuş qəbul imtahanıdır. Bu imtahan Türkiyədə yalnız bakalavr təhsili üçündür.

YÖS imtahanı 2 hissədən ibarət olur:

  1. Məntiq və Riyaziyyat
  2. Türk dili

Məntiq və Riyaziyyat bölməsindən : 45 sual məntiq, 35 sual riyaziyyat olmaqla tələbəyə verilən zaman 90 dəqiqədir. Təhsil dili türk dili olduğu üçün tələbələrin türk dili biliyi də yoxlanılır. Bu imtahana 60 dəqiqə vaxt ayrılır. YÖS imtahanında yığa biləcəyiniz maksimum nəticə 100 baldır.

Tibb təhsili istisna olmaqla əgər siz 60+ bal yığsanız Türkiyənin orta səviyyəli universitetlərinə güzəştlə qəbul ola bilərsiniz.

leave your comment


Your email address will not be published. Required fields are marked *

Top
1
Salam. Xaricdə Təhsillə bağlı sualınız varsa elə indi bizə yazın sizə məlumat göndərək.
Powered by