For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Ən yaxşı ingilis dili kursu necə seçilməlidir?

Ən yaxşı ingilis dili kursu necə seçilməlidir?

 

Ünvan: Səməd Vurğun 34. AF Mall biznes mərkəzi 4-cü mərtəbə

Əlaqə nömrələri:

(994) 50-518-23-30,

(012) 555-23-30

İngilis dilini sıfırdan öyrənmək, dil səviyyənizi yüksəltmək və ən əsası da sizə keyfiyyətli təhsil verəcək ingilis dili kursu axtarışındasınızsa, bu məqalə tam sizə görədir.

Xarici dil öyrənmək bizə gələcək kariyeramızda geniş imkanlar yaratmaqla yanaşı, özümüzü təkmilləşdirməyimizə, habelə bir sıra uğurlu qapıların açılmasına zəmin yaradır.

İlk öncə onu qeyd etmək istəyirəm ki, hər bir insanın dil kurslarına müraciət etmək istəyi eyni bir məqsədə xidmət etmir. Məsələn, bəziləri dilə marağı olduğuna görə, bəziləri əlavə dil bilməyin yüksək maaşlı iş tapmaqda kömək olduğunu bildiyi üçün, digərləri isə, bilmədiyimiz başqa məsələlərə görə dil kurslarına müraciət edir. Bununla bərabər xarici dil öyrənməyin bizim orqanizmimizə əlavə müsbət təsirini də gözardı etməməliyik.

Misal üçün, yaddaşımızı gücləndirməkdə, beynimizin işləmə sürətini artırmaqda, düzgün qərar qəbul etməkdə və müşahidə bacarıqlarımızı artırmağımızda bizə əhəmiyyətli dərəcədə təsir göstərir. Bir sözlə, dil öyrənməyin beynimizdə idman effekti yaratdığından xəbərsizik.

Ölkəmizdə də xarici dilə olan tələbat əhəmiyyətli dərəcədə üstünlük təşkil edir. Əsasən də ingilis dili. Çünki, ingilis dili dünyanın 10 beynəlxalq dillərindən biridir. Bu gün dünyada 500 milyondan çox insan ingilis dilində danışır. Bunun da səbəbi ingilis dilinin proqramlaşdırma, tibb, biznes və s. kimi vacib sahələrdə geniş yayılmasıdır.

Hazırki zamanda ingilis dili kursları ətrafımızda addım başı rast gələcəyiniz məkana çevrilmişdir. Xüsusilə böyük şəhərlərdə sizə 0-dan başlayaraq 2 aya ingilis dilində danışacağınıza zəmanət verən kurslar belə var. İlk öncə onu qeyd edim ki, istənilən bir dil öyrənmək 2 ay ərzində öyrəniləcək qədər asan deyil. Əgər xarici dil öyrənməyi qarşınıza məqsəd olaraq qoymusunuzsa, bunun üçün öz üzərinizdə mərhələli şəkildə çalışmalı, vaxtınızın müəyyən bir qismini bu işə sərf etməlisiniz. Bu işin başında da düzgün seçilmiş müəllim və kurs heyəti durur. Bunun üçün də bir sıra nüanslara diqqət yetirmək lazımdır. Məsələn:

  • İstənilən bir kursda qrup şəklində olan ingilis dili dərslərinə yazılırsınızsa ilk soruşacağınız sual qrupda neçə tələbənin olmasıdır. Əgər qrupda tələbə sayı 5-dən çoxdursa fərdi hazırlaşmaq daha məqsədəuyğundur. Çünki, müəllim az tələbəyə çox vaxt sərf etməklə bir fikri daha yaxşı mənimsədər, nəinki çox tələbəyə. Lakin bir nüansa da toxunmaq lazımdır ki, əgər ingilis dilinə 0-dan başlayırsınızsa, fərdi müəllimlə hazırlaşmağınız daha məqsədəuyğun olar.

Amma dil səviyyəniz elementary səviyyəsindən yuxarıdırsa, qrup dərslərə qatılmağınız sizin üçün daha xeyirli olar. Bunun sizə əsas faydası odur ki, qrupda müəllimlə və digər tələbələrlə ingilis dilində diskussiyalar aparmaq dili mənimsəməkdə sizə fərdi dərsdən daha çox yardımçı olacaq.

  • Kursda sizə dərs deyəcək müəllimin dərsi başa salma potensialı yüksək səviyədə olmalıdır. Kursda qeydiyyatdan keçməzdən əvvəl mütləq sınaq dərsində oturmalı və müəllimin dərsi necə izah etməyini müşahidə etməlisiniz. Əgər müəllimin dərsi izah etmə metodunu qavraya bilmirsinizsə, çox sadə… Başqa müəllim axtarın.
  • Müəllimi seçərkən onun dərsdə qrammatikaya yoxsa danışığa üstünlük verdiyinə diqqət yetirin. Əgər dili danışıq üçün öyrənirsinizsə, qrammatikaya bir o qədər də vaxt sərf etməyin. Necə ki, Azərbaycan dilində tamamlığın vasitəli və vasitəsiz növlərini bilməyimiz danışığımızda elə də əhəmiyyət kəsb etmədiyi kimi, ingilis dilinin də qrammatikasını dərindən öyrənmək bizim danışığımızda bir önəm kəsb etmir. Sadəcə ingilis dilində qrammatik savadımızı artırır.

Qalata Təhsil Mərkəzində təşkil edilmiş General English kursları məhz bu nüansları əsas götürərək, tələbələrin ingilis dilini mükəmməl səviyyədə mənimsəmələrini öz öhdəsinə götürmüşdür.

Əgər siz də vaxtınızı boş yerə sərf etmədən ingilis dilini mükəmməl bir şəkildə öyrənmək istəyirsinizsə, onda bizim kurslara müraciət edin.

Ünvan: Səməd Vurğun 34. AF Mall biznes mərkəzi 4-cü mərtəbə

Ətraflı məlumat üçün zəng edin:

(994) 50-518-23-30

(012) 555-23-30

ingilis dili kursu

Zamanınız dəyərlidir, onu boş yerlərə sərf etməyin. Dil öyrənin, gələcəyinizi sığortalayın.

 

Author: Pakizə Mütəllimova

leave your comment


Your email address will not be published. Required fields are marked *

Ünvan: Səməd Vurğun 34 AF Mall biznes mərkəzi 4-cü mərtəbə.

Telefon: +994 50 5182330, +99412 555 2330
E-mail: m.aliyev@qalata.com

Top }); return false; }