Alqoritmika nın onlayn-kvesti — 8-15 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş oyundur.

Alqoritmika nın onlayn-kvesti — 8-15 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş oyundur.

Alqoritmika nın onlayn-kvesti — 8-15 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş oyundur.

 

Burada oyunçular riyaziyyat və proqramlaşdırmaya aid tapşırıqları yerinə yetirərək, Şaxta Babanın komandasına kömək edəcəklər.

 

“Alqoritmika”nın qış onlayn-kvesti dünyanın bütün ölkələrində keçirilir.
Müsabiqədə əsas məqsəd kvestin mümkün qədər çox tapşırığını doğru yerinə yetirməkdir.
Ən çox tapşırıq yerinə yetirən komanda və onun üzvləri qalibdir.
Daha çox tapşırıq yerinə yetirmək üçün komandalar mümkün qədər çox iştirakçı cəlb etməlidirlər.
Komandada maksimum iştirakçı sayı 6, minimum iştirakçı sayı isə 3 nəfərdir.

Qeydiyyat üçün link: http://algoritmika.az/

Yaş həddi: 8-11 yaş, 12-15 yaş;
Qeydiyyatın başlandığı tarix – 16 noyabr;
Kvestin başlama tarixi – 25 dekabr;
Başa çatma tarixi – 31 dekabr.

25 Dekabradək verilən tapşırıqlar şagirdin kvestin formatı ilə tanışlığı üçün yerləşdirilən test tapşırıqlarıdır.

Tapşırıqların 1-ci mərhələsinin açıldığı tarix – 25 Dekabr;
Tapşırıqların 2-ci mərhələsinin açıldığı tarix – 27 Dekabr;
Tapşırıqların 3-cü mərhələsinin açıldığı tarix – 29 Dekabr.

 

Mərhələlər ardıcıl şəkildə açılır və tapşırıqların yerinə yetirilməsinə istənilən an başlamaq mümkündür.

Tapşırıqlar açıldıqda və ya son anda 3 mərhələnin hər biri açıldıqda — iştirak zamanı strategiyanı komanda özü müəyyənləşdirir.

 

Alqoritmika da komandanı necə hazırlamaq olar?

Alqoritmika da kapitan qeydiyyatdan keçməli və e-mail ünvanını yoxlamalıdır: ona ətraflı təlimatlardan ibarət “Xoş gəldiniz” məktubu göndəriləcək.

 Komanda məktubda və ya şəxsi kabinetdə qeyd edilən qeydiyyat linkini dostlara göndərməklə yaradılır.

 

Diqqət: Bir və ya iki nəfərdən ibarət komanda müsabiqədə iştirak edə bilməyəcək.

Hədiyyələr: Qalib gələn komandanın hər bir iştirakçısı hədiyyə qazanacaq.

 

https://qalata.com