Attestatla qebul – Kırıkkale Universiteti

Attestatla qebul- Türkiyənin Kırıkkale Universiteti 3 iyul 1992 ci ildə yaradılmışdır. İlk zamanlar Dəqiq Elmlər-Ədəbiyyat, İqtisadiyyat və İdarəetmə, Mühəndislik və Baytarlıq fakültələri, Sosial Elmlər, Dəqiq Elmlər və Sağlamlıq Elmləri İnstitutları ilə fəaliyyətə başlayan bu universitet hal hazırda   10 fakültə, 2 kollec, 3 institut ilə fəaliyyətini davam etdirir. 27.000 tələbəyə, 1000 nəfərlik böyük akademik heyətə qapılarını açan Kırıkkale Universiteti yaxınlığı və əlçatan olması ilə Ankaranın məşhur universitetlərindəndir.Kırıkkale Universiteti bütün Türkiyə universitetləri siyahısında ilk sıralardadır.

Bu universitetə Sadəcə Attestatla qebul, TQDK balı və YÖS balı ilə qəbul ola bilərsiniz. Kırıkkale Universitetində ATTESTAT qebul,YÖS balı ilə qəbul ola biləcəyiniz fakültələrin siyahısı.

Fakültələr:

  • Pedaqoji Fakültə
  • Hüquq Fakültəsi
  • Dəqiq Elmlər-Ədəbiyyat Fakültəsi
  • İqtisadiyyat və İdarəetmə Fakültəsi
  • Mühəndislik Fakültəsi
  • Tibb Fakültəsi
  • Baytarlıq Fakültəsi
  • Stomatologiya Fakültəsi
  • İncəsənət Fakültəsi
  • Sağlamlıq Elmləri Fakültəsi
  • İslam Elmləri Fakültəsi