Bakıda şagird və müəllimlərin sayı açıqlanıb.

Bakıda şagird və müəllimlərin sayı açıqlanıb.

Bakıda şagird və müəllimlərin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438 şagird təhsil alır.  XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərİ) 144 nəfər şagird təhsil alır.

Eyni zamanda, BŞTİ-nin tabeliyindəki 282 ümumi təhsil müəssisəsində 976 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 22 901 uşaq cəlb olunub.