II və III ixtisas qrupların qəbul imtahanları bu materiallar əsasında tərtib ediləcək

II və III ixtisas qrupların qəbul imtahanları bu materiallar əsasında tərtib ediləcək

Tarix və Coğrafiya fənni sualları

Dövlət İmtahan Mərkəzi abituriyentlərə Vətən müharibəsi, iqtisadi rayonlarının yeni bölgüsü və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na aid materialları təqdim edib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 16 noyabr 2022-ci il tarixli I Dövlət Proqramında təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi əsas prioritet istiqamətlərdən birini təşkil edir. Proqrama əsasən ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə əhalinin yaşayış təminatı üçün zəruri şərtlərin yaradılması, eyni zamanda müxtəlif iqtisadi fəaliyyət sahələrinin funksionallığının təmin olunması həyata keçiriləcəkdir. Bununla bağlı, ərazilərdə geniş bərpa quruculuq işləri aparılır.

Hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən, Qarabağ uğrunda II Vətən müharibəsinə  və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə dair bilgilər almayıblar.

Buna görə də, 2023-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix və coğrafiya fənni sualları, Qarabağ uğrunda  II Vətən müharibəsinə  və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”

Materiallar həm də 2023-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.