III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərin nəzərinə!

III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərin nəzərinə!

2023-cü ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərin nəzərinə!

Ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, S.Vurğunun “Vaqif” əsərlərinin və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz.

1. C. Məmmədquluzadə “Anamın kitabı”

2. C. Cabbarlı “Oqtay Eloğlu”

3. İ. Əfəndiyev “Xurşudbanu Natəvan”

4. S. Vurğun “Vaqif”

5. “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolu

2023-cü ilin III ixtisas qrupu üzrə qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.

 

Sınaq İmtahanları

Sınaq imtahanına qeydiyyat 29 yanvar saat 23:59-dək aparılacaq.  İmtahanlar fevralın 12-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 19-da keçiriləcək informatika və coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı şəhərində keçiriləcək.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. I qrup üzrə RK və Rİ, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə müvafiq olaraq informatika və coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər.

Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.