İmtahan iştirakçıları nəticələr ilə DİM-in internet saytında tanış ola bilərlər

İmtahan iştirakçıları nəticələr ilə DİM-in internet saytında tanış ola bilərlər

İmtahan iştirakçıları nəticələri, cavab kartını və vizual təsvir üzrə yazı işləri ilə DİM-in internet saytında tanış ola bilərlər . İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

– 358 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 5 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib.

– 77 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib. cavab kartı

– 2 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il 24 dekabr saat 14:00-dan 26 dekabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

İmtahan nəticələri və cavab kartı ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 dekabr 2022‑ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Bir namizədin ərizəsinə (müraciəti) ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

Galata Təhsil Mərkəzinin ünvanı: Bülbül Prospekti 19. Af Mall biznes
mərkəzi 4-cü mərtəbə.

0505182330, 0507940154