Magistr Jurnalı 2 artıq satışdadır
Jurnalda ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.
Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib. İstifadəçilər hər bir fənn üzrə jurnalda verilən «QR»kodu skan etməklə müvafiq audiofayl yerləşdirilmiş səhifəyə birbaşa keçid edə bilər və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərlər.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 24-dən fevralın 9-dək aparılacaq.
Bu imtahanlardan zəif bal toplasanız belə sizin həələdə magistr təhsili almaq şansınız var. Türkiyə universitetlərinə heç bir imtahan vermədən qəbul ola bilərsiniz. Bu barədə məlumat saytımızda mövcuddur. Türkiyə magistratura təhsili
Magistr Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.