Magistratura sınaq imtahanının nəticələri elan edilib

Magistratura sınaq imtahanının nəticələri elan edilib

Magistratura sınaq imtahanının nəticələri elan edilib

DİM-dən APA-ya verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzi yanvarın 29-da keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 17:00-dan etibarən elan edib.

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar Magistratura sınaq imtahanının nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 566 nəfərdən 28 nəfər imtahana gəlməyib.

Magistartura qəbul imtahanı

Bakalavr 2023-cü il  yanvarın 24-dən fevralın 9-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (şəxsi kabineti olmayanlar) sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 24 yanvar 2023‑cü il saat 10:00-dan 9 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50,  İnformatika üzrə 25 və Xarici dil üzrə 25  test tapşırığı təqdim olunacaqdır.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.