MYÖS nədir?
MYÖS nədir? Yüksek Öğretim Kurumunun (YÖK) 23.06.2021-ci il tarixli iclasında qəbul edilən qərarlara uyğun olaraq, universitetlər tərəfindən hər il keçirilən YÖS İmtahanının 2022-ci ildən etibarən ÖSYM nəzdində mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə qərar verildiyi barədə məlumat var. Bu istiqamətdə 2022-ci ildən etibarən keçiriləcək yeni imtahanın adının Merkezi Yurt Dışından Öğrenci Kabul Sınavı (MYÖS) olacağı bildirilir. Lakin bu qərar hələlik YÖK tərəfindən rəsmi olaraq açıqlanmayıb. Yaxın günlərdə rəsmi açıqlama gözlənilir.
MYÖS imtahanı necə olacaq?
Bu barədə YÖK-dən rəsmi açıqlama yoxdur. Ancaq düşünürük ki, imtahanın məzmununda və mövzularında böyük dəyişikliklər əvəzinə təkmilləşdirmələr aparılacaq və yeni nəsil sualları ilə daha yaxşı imtahan formatı hazırlanacaq. Yeni YÖS Sistemi ilə edilməsi düşünülən ən əhəmiyyətli dəyişikliklərdən biri də yalnız MYÖS imtahanından alınan balın Tibb, Əczaçılıq, Stomatologiya, Hüquq, Müəllimlik və Mühəndislik fakültələrinə yerləşdirmə üçün etibarlı olmasıdır.
MYÖS İmtahanı çətinləşəcək?
YÖS imtahanına hazırlaşan namizədlərinin ağlına gələn ilk sual imtahanın hansı formatda olacağı və ya çətinləşib- çətinləşməcəyi olub. Məlum olduğu kimi, YÖS müəyyən standartlara bağlanmadan universitetlər tərəfindən həyata keçirilirdi. Ona görə də imtahan prosesini izləmək çox çətin idi. MYÖS İmtahanı ilə qurumlar arasında fərqlərin qarşısı alına bilər. Bu baxımdan imtahanın çətinləşdiyini söyləmək düzgün olmazdı. MYÖS İmtahanı kimi bir imtahan tətbiq olunduğu zaman qurumlar arası bərabərsizliklər, ədalətsizliklər və imtahan müraciət prosesindəki çətinliklər aradan qalxacaq deyə bilərik. Müntəzəm olaraq çalışan YÖS namizədlərimiz MYÖS İmtahan sisteminə keçdikləri zaman da eyni şəkildə uğur qazanacaqlar.
MYÖS-ə Kimlər Müraciət Edə bilər?
Tam orta məktəb (orta təhsil) təhsilini formal təhsillə başa vurmuş və ya bitirəcək namizədlər MYÖS imtahanı üçün müraciət edə bilərlər. Ancaq sistem yeni olduğu üçün bu il Xarici Tələbələr, TR və KKTC vətəndaşları və Mavi Kart sahibləri MYÖS-ə girə biləcəklər ki, heç bir tələbə çətinlik çəkməsin.
2022-2023-cü tədris ilindən əvvəl Türkiyədəki liseylərə müraciət etmiş əcnəbi tələbələr 2026-cı ilə qədər (2025-ci ildə keçiriləcək MYÖS də daxil olmaqla) universitet səviyyəsinə yüksəlmə imtahanı olaraq ya MYÖS, ya da YKS imtahanında iştirak edə biləcəklər. Lakin 2022-2023-cü illərdən etibarən Türkiyədə orta təhsil (lisey) müəssisələrinə qeydiyyatdan keçmiş tələbələr yalnız YKS İmtahanlarında iştirak edə biləcəklər və onların universitetə yerləşdirilməsi YKS Nəticələrinə görə aparılacaq. Ancaq bu, gələn il qeydiyyatdan keçəcək namizədlərə təsir edəcək bir vəziyyətdir.
Ancaq bu açıqlamalar hələ də YÖK-ün elan səhifəsində rəsmi olaraq açıqlanmayıb. Yeni qəraraları saytımızdan və ya instagram səhifəmizdən izləyə bilərsiniz.
YÖS Sistemi ilə bağlı gözlənilən dəyişikliklər və MYÖS İmtahanı ilə bağlı bilməli olduğunuz bütün detalları Mərkəzimizin rəhbəri Mürsəl Əliyev tərəfindən dinləyin :
http://https://www.youtube.com/watch?v=7V6djsIQOe8
Əlaqə : 050 518 23 30
050 794 0154
Ünvan: Bülbül pr 19, Af Mall 4-cü mərtəbə