Xaricdə təhsillə bağlı peşə tanınması zamanı sınaq imtahanları keçiriləcək ixtisaslar müəyyənləşib

Xaricdə təhsillə bağlı peşə tanınması zamanı sınaq imtahanları keçiriləcək ixtisaslar müəyyənləşib

Xaricdə təhsillə bağlı peşə tanınması zamanı sınaq imtahanları keçiriləcək ixtisaslar müəyyənləşib

Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq ediləcək.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sında əksini tapıb.

Qaydaya əsasən, peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisaslar aşağıdakılardır:

Peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların SİYAHISI

 

Sıra

№-si

İxtisasların (proqramların) şifri və adı
1 2 3
1. 050102 Biologiya müəllimliyi
2. 050103 Coğrafiya müəllimliyi
3. 050104 Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
4. 050105 Fizika müəllimliyi
5. 050107 İbtidai sinif müəllimliyi
6. 050108 İnformatika müəllimliyi
7. 050109 Kimya müəllimliyi
8. 050110 Kimya və biologiya müəllimliyi
9. 050111 Korreksiyaedici təlim
10. 050112 Məktəbəqədər təhsil
11. 050114 Riyaziyyat müəllimliyi
12. 050115 Riyaziyyat və informatika müəllimliyi
13. 050116 Tarix müəllimliyi
14. 050117 Tarix və coğrafiya müəllimliyi
15. 050120 Texnologiya müəllimliyi
16. 050121 Xarici dil müəllimliyi (dillər üzrə)
17. 050206 Hüquqşünaslıq
18. 050601 Aerokosmik mühəndislik
19. 050603 Aviasiya təhlükəsizliyi mühəndisliyi
20. 050605 Dəniz naviqasiyası mühəndisliyi
21. 050606 Ekologiya mühəndisliyi
22. 050613 Hava nəqliyyatının hərəkətinin təşkili
23. 050614 Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
24. 050617 İnşaat mühəndisliyi
25. 050633 Nəqliyyat tikintisi mühəndisliyi
26. 050635 Qida mühəndisliyi
27. 050639 Uçuş mühəndisliyi

 

1 2 3
28. 050640 Yanğın təhlükəsizliyi mühəndisliyi
29. 050704 Baytarlıq təbabəti
30. 050802 Əczaçılıq
31. 050803 Fizioterapiya və tibbi reabilitasiya
32. 050808 Tibb bacısı işi
33. 050901 Hərbi tibb
34. 050902 İctimai səhiyyə
35. 050903 Stomatologiya
36. 050904 Tibb
37. 060102 Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
38. 060103 Xarici dil müəllimliyi (dillər üzrə)
39. 060104 Fizika müəllimliyi
40. 060105 Riyaziyyat müəllimliyi
41. 060107 Texnologiya müəllimliyi
42. 060109 Biologiya müəllimliyi
43. 060110 Kimya müəllimliyi
44. 060111 Tarix müəllimliyi
45. 060112 Coğrafiya müəllimliyi
46. 060113 İnformatika müəllimliyi
47. 060115 İbtidai sinif müəllimliyi
48. 060116 Korreksiyaedici təlim
49. 060117 Məktəbəqədər təlim və tərbiyə
50. 060119 Pedaqogika
51. 060212 Hüquqşünaslıq
52. 060613 Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
53. 060614 Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
54. 060615 Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
55. 060616 Uçuş mühəndisliyi
56. 060617 Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
57. 060618 Dəniz texnikası və texnologiyası mühəndisliyi
58. 060619 Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi
59. 060620 Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi
60. 060621 Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi
61. 060634 İnşaat mühəndisliyi
62. 060636 Nəqliyyat tikintisi mühəndisliyi
63. 060642 Qida məhsulları mühəndisliyi

 

1 2 3
63. 060648 Biotibbi texnika mühəndisliyi
64. 060649 Ekologiya mühəndisliyi
65. 060650 Yanğın təhlükəsizliyi mühəndisliyi
66. 060651 Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
67. 060652 Kosmik texnika və texnologiyalar mühəndisliyi

 

Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən etdiyi tələblərə uyğunluğu isə Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na əsasən müəyyən edilir.

Bu tələb aşağıdakı kvalifikasiyalara şamil edilmir:

– Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə ali təhsil üzrə əldə etdikləri kvalifikasiyalar;

– Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar; – – beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar;

– dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökümətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə ali təhsil üzrə əldə etdikləri kvalifikasiyalar.

– Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar.

Bu Qaydalara uyğun olaraq ərizəçinin kvalifikasiyası ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar edilmədikdə və nəzərdə tutulan peşələr üzrə ərizəçi sınaq imtahanlarında müvəffəqiyyət qazanması və kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğunun təmin olunması barədə DİM-in və Səhiyyə Nazirliyinin müvafiq məlumatı əsasında, ərizəçinin kvalifikasiyasının peşə tanınması barədə qərar qəbul edilir.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisaslarının siyahısı olmayıb. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sı martın 1-də qüvvəyə minəndən sonra “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” qüvvədən düşəcək.