Qalata Təhsil Mərkəzinin 2020-2021-ci il üçün Bülent Ecevit Universitetinə qəbul olan tələbələrini universitet haqqında qısa məlumat ilə birlikdə təqdim edirik.
Bülent Ecevit Universiteti Zonguldakda yerləşir. Universitet şəhərin ən canlı, müasir, aktiv yerində qurulub. Dənizin düz kənarında, 1 dəqiqəlik məsafədə yerləşir. 14 fakültə, 9 peşə məktəbi, 3 institut, 33 araşdırma mərkəzindən ibarət universitet il ərzində 30 min, 40 min tələbəyə təhsil verir. Tibb və İdman fakultələri təhsil baxımından daha çox inkişaf etmişdir.
Belə bir dövlət universitetində fərqli- fərqli fakultələrə qəbul olan tələbələrimizi təbrik edirik.