Qalata Təhsil Mərkəzinin Alanya Alaaddin Keykubat Universitetinə və Yıldız Teknik Universitetinə qəbul olan tələbələri

Qalata Təhsil Mərkəzinin Alanya Alaaddin Keykubat Universitetinə və Yıldız Teknik Universitetinə qəbul olan tələbələri

Qalata Təhsil Mərkəzinin Alanya Alaaddin Keykubat Universitetinə və Yıldız Teknik Universitetinə qəbul olan tələbələrini universitet haqqında qısa məlumat ilə birlikdə təqdim edirik.

İstanbulda yerləşən Yıldız Teknik Universiteti 1911-ci ildə qurulmuşdur. Universitet nəinki Türkiyənin, həmçinin də dünyanın sayılıb seçilən, öndə gələn universitetlərindəndir. Elmi və texniki bazası güclü olmaqla yanaşı mükəmməl müəllim heyəti ilə Yıldız Teknik Universiteti öz tərkibində 10 fakültə, 2 institut, 3 ali məktəbi birləşdirir.

Alanyada yerləşən Alaaddin Keykubat Universiteti də yeni universitet olmağına baxmayaraq elmi göstəriciləri müsbət bir universitetdir. 10 fakültə üzrə təhsil verir. Akdeniz bölgəsində yerləşməsi bu universiteti seçim sıralamasında önə çıxardır.

Bu universitetlərin həm bakalavr, həm də magistr pilləsi üzrə təhsil haqqı qazanan tələbələrimizi təbrik edirik.