Əziz tələbələr, valideynlər və partnyorlarımız!

Bildiyiniz kimi, artıq neçə gündür saytlarımız və səhifələrimizdə logolarda və yazılarda müəyyən dəyişikliklər baş verir. Qalata Təhsil Mərkəzi yenilənərək Türkiyənin ən tanınmış YÖS mərkəzlərindən biri olan Galata Eğitim Kurumları ilə əməkdaşlığa başlamışdır. Rəsmi olaraq artıq Galata Eğitim Kurumları Azərbaycanda fəaliyyətə başlayıb. Təhsil sahəsində hər zaman düzgünlük və etibarı əsas tutan şirkətimizin inkişaf yolunda bu bizim üçün böyük bir addımdır. Düşünürük ki, Türkiyənin ən güclü YÖS mərkəzlərindən birini Azərbaycana gətirməklə təhsil sahəsində şagirdlərin qardaş ölkədə prestijli universitetlərdə oxumasına stimul vermiş olacağıq. Qeyd edək ki, bu iş birliyi həm YÖS, həmçinin SAT hazırlıqlarını əhatə edəcək. Əsas şuarımız olan “Daha yaxın Təhsil” Sloqanı indi sizi təhsil xəyallarınıza daha yaxıın edəcək.
📍Bülbül prospekti 18,Af Mall 4-cü mərtəbə
📱+994 50 518 23 30
☎️+994 12 555 23 30