SAT nedir ? SAT imtahanı ilə qəbul qaydaları
Dövrümüzdə yüksək imkanları və özəlliklərinə görə xaricdə təhsili tərcih edən tələbələrin sayı artıb və artmaqda da davam edir. Tələbələrimiz bunun üçün müxtəlif imtahanlarda iştirak etməli və keçid balını keçməlidirlər. Tələbələrin ən çox seçdikləri ölkə isə qardaş ölkə Türkiyədir. Türkiyə tələbə qəbulunu əsasən bu meyarlar üzərindən aparır – YÖS, TQDK, SAT, ATTESTAT .
SAT imtahanları xaricdə təhsil almaq istəyənlər üçün qaçırılmaz fürsətdir. SAT imtahanı ilə nəinki Türkiyə, Amerika həm də bəzi Avropa universitetlərinə qəbul ola bilərsiniz. SAT imtahanı 2 hissədən ibarətdir: SAT 1 VƏ SAT 2.
SAT 1 imtahanı Riyaziyyat və İngilis dili bilikləri tələb edir. Riyaziyyat imtahanında tələbənin riyazi bilikləri və riyazi analitik təfəkkürü, ingilis dili imtahanında isə ingilis dili bacarıqlarını test edilir. SAT imtahanında hər bölmə üzrə ballar 500-800 intervalında dəyişir. SAT 2 imtahanı bir çox akademik fənnlərdən (biologiya,kimya,fizika,çincə, yaponca və s) ibarıtdir və bal intervalı 200-800 arasında dəyişməkdədir. İmtahan nəticələri toplandıqdan sonra balınız müəyyən olunur. SAT 1 imtahanının müddəti 3 saat 45 dəqiqə, SAT 2 imtahanının müddəti isə 1 saatdır. Qeyd edək ki, SAT imtahanının nəticələri 2 il müddətində etibarlıdır.
sat nedir