Forgot Password

Turizm kursu

“Qalata” Xaricdə Təhsil Mərkəzi turizm sahəsi üzrə biliklərini artırmaq və bu sahədə çalışmaq istəyənlər üçün təlimlər təşkil edir!

Turizm sahəsində təcrübəli mütəxəssisdən dərs almaq, bu sahədə işləmək, irəliləmək, yeniliklər barədə biliklər əldə etmək və turizmlə bağlı maraqlı müzakirələrə qoşulmaq istəyənlər bu proqrama qatıla bilərlər.

Proqrama turizm şirkətlərinin iş prinsipləri haqqında məlumat və onların işçilərinə olan əsas tələblər, otellər, transfer, turpaketlər və digər turizmlə bağlı olan mövzular daxildir.

Dərslər qarşılıqlı müzakirələr, şəxsi təcrübəyə əsaslanan tövsiyələr və turizmə aid bütün sualların cavablandırılması şəklində keçiriləcək.

Dərslər Türkiyənin Mersin Universitetində “Turizm Menecmenti və Otelçilik” bölümü üzrə təhsil almış, Turizm sahəsində 20 ildən artıq təcrübəsi olan, “Olive Group” Turizm şirkətinin Daxili Turizm şöbəsinin müdiri, mütəxəssis Hacıbaba İmanlı tərəfindən keçirilir.

Proqram həftədə iki dəfə olmaqla 1 ay davam edəcək.
Son qeydiyyat tarixi: 15 Oktyabr
Dərslərin başlama tarixi: 22 Oktyabr
Ətraflı məlumat üçün zəng edin və ya mesaj atın.
Tel/Whatsapp: 0505182330, 0507940154
E-mail: n.aliyeva@qalata.com