Türkiyədə təhsil və ya Turkiyede tehsil almaq yazanda bu yazını oxuyun !

turkiyede tehsil almaq
Mürsəl Əliyev Xaricdə Təhsil üzrə Mütəxxəsis

Turkiyede tehsil almaq  Türkiyədə təhsil yazanda bu yazını oxuyun bütün suallara cavab tapın!

Google da  Türkiyede tehsil almaq və ya Türkiyədə təhsil yazaraq bu ölkədə təhsillə bağlı müxtəlif məlumatlar əldə etmək olar. Qeyd edim ki, artıq 8 ildən çoxdur ki, xaricdə təhsil fəaliyyəti ilə məşğul oluram və Türkiyənin bir çox Dövlət və özəl universitetlərində olmuşam. Bundan əlavə də bir sıra Avropa universitetləri ilə də əlaqələrimiz olub. Bu gün sizə danışacağım mövzu Türkiyədə Təhsil ilə bağlıdır. Belə ki bununla bağlı çoxlu yazılara rast gəlmək olur. Bu dəfə sizə real olaraq 2020-ci ildə Türkiyədə Təhsil almağın necə mümkün olacağı haqda danışacam.

İlk öncə Türkiyədə necə bakalavr təhsili almaq olar? Bu haqda qısa bir neçə məlumat verim.

Türkiyənin dövlət universitetləri əsasən YÖS balı ilə tələbə qəbul edirlər. YÖS məntiq, riyaziyyat və həndəsədən ibarət olan bir proqramdır. Hazılrıq müddəti 2 ilə yaxındır. Əlbəttə hazırlıq müddəti tələbənin riyaziyyat-məntiq biligisindən və bazasından aslıdır. Onu da qeyd edim ki, Türkiyədə təhsil almaq üçün bir çox universitet Bakıda YÖS imtahanı təşkil edir. Bu səbəbdən də siz elə Bakıda hazırlaşaraq Türkiyədə təhsil ala bilərsiniz.

Türkiyede tehsil almaq üçün hansı addımlar atılmalıdır? Sizin üçün sıra ilə qeyd edirəm.

  1. 9 və ya 10 cu sinifdən YÖS proqramı ilə hazırlaşmaq
  2. 11 – ci sinifə keçəndə məktəbdən arayış almaq.
  3. Bundan əlavə YÖS imtahanlarına qeydiyyatdan keçmək üçün sizin xarici pasportunuz və şəkliniz olmalıdır.
  4. YÖS imtahanlarına qeydiyyata düşdükdən sonra imtahan gününə az qalmış imtahana buraxılış vərəqəsini almaq
  5. İmtahanda iştirak etmək və yaxşı bal toplamaq. Əlbəttə əgər yaxşı hazırlaşmısınızsa, bu sizin üçün problem olmayacaq 🙂
  6. İmtahan nəticələrinə görə aldığınız bal əsasında ixtisasları seçmək
  7. Qeyd edək ki, Türkiyə universitetlərində bir neçə konkurs mərhələsi olur əgər birinci konkursdan keçməmisinizsə, o zaman, növbətilərdə düşmək şansınız yenə var.
  8. Qəbul olduqdan sonra universitetə qeydiyyata düşmək lazımdır. Bunun üçün bir başa universitetə getmək tələb olunur.
  9. Yaxşı unviersitet seçmək və YÖS -dən yüksək bal toplamaq üçün isə Qalata Təhsil Mərkəzimizə müraciət edə bilərsiniz.

Məncə bu məlumatlar sizin üçün faydalı olacaq. Turkiyede tehsil almaq asan deyil və əgər özünüzü bu ölkədə təhsil üçün hazır görürsünüzsə, o zaman, YÖS kurslarına yazılıb hazırlaşa bilərsiniz. Çünki Türkiyədə təhsil bizim bildiyimiz kimi olmaya bilər və siz sadəcə dörd beş ilinizi boşa xərcləmiş olarsınız.

Türkiyədə təhsil barəsində sualınız olsa sizi hər zaman dinləməyə hazıram.

Ünvan: Bülbül prospekti 19, AF Mall, 4-cü mərtəbə.  Telefonlarımız. 050 794 0154, 050 5182330

Mürsəl Əliyev –  Qalata Təhsil Mərkəzinin rəhbəri, sizin Türkiyədə təhsil üzrə etibarlı bələdçiniz. Qeyd edim ki, daha çox yeniliklərdən xəbərdar olmaq üçün Youtube kanalıma da abunə ola bilərsiniz.

Yazını sona qədər oxuduğunuza görə təşəkkür edirəm!