Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələr ilə mütəmadi olaraq əlaqə saxlanılır.
Bu barədə APA-ya XİN-dən bildirilib.
“Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşların olub-olmaması məsələsi araşdırılır.
Səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır”, – qeyd edilib.
Qeyd edək ki, Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı sayı 1762 nəfərdir.
Yaralı sayı isə 12 068 nəfər qeydə alınıb.
Dağılan binaların sayı 5606 olub.