Türkiyədə təhsil almaq
Hər il minlərlə xarici tələbə Türkiyədəki universitetlərə qəbul olur.Bu bloqda Türkiyə Cümhuriyyətinin tələbələrə təqdim etdiyi bəzi endirimli və ya pulsuz xidmətlər haqqındqa sizə məlumat verəcəyik.
Tələbə endirimləri
Türkiyənin hər yerində mağazalar və ya turistik yerlər tələbələrə endirimlər təklif edir. İstər restoranlar, istər geyim mağazaları, istər muzey, istərsə də tarixi turistik yerlər olsun, Türkiyədə bütün orta məktəb şagirdlərindən tutmuş magistr tələbləri belə bu endirimlərdən yararlana bilər. Hətta, 2021-ci ildən Türk Hava Yolları tələbələrə endirimli biletlər təqdim etməyə başlayıb.
Nəqliyyat
Türkiyənin nəqliyyat sistemi çox keyfiyyətli və möhkəm infrastruktura malikdir. Türkiyənin bir çox vilayətində Avtobus, Metro və ya Metrobüs vasitələrindən istifadə etmək üçün nəqliyyat kartına sahib olmaq lazımdır. Türkiyə Respublikası ibtidai sinifdən başlayaraq şagirdlərə endirimli nəqliyyat kartları təklif edir. Bu kartlardan yararlanmaq üçün ən yaxın müraciət mərkəzinə gedib tələbə bileti, 1 ədəd şəkil, şəxsiyyət vəsiqəsi və ya pasportla müraciət edə bilərlər. Bu kartlardan istifade edərək, aylıq yol pulunuzu minimuma çatdıra bilərsiniz. Aylıq təxminən 10-15 AZN arası dəyişəcək. Türkiyədə təhsil almaq
Muzey kartı
Muzey Kartı Türkiyə vətəndaşlarına 60 TL-yə verilən kartdır. Amma Türkiyədə təhsil müəssisələrində təhsil alan 18 yaşdan yuxarı tələbələrə, həmçinin, xarici tələbələrə də 30 TL verilir. Muzey Kartı ilə bir il ərzində Mədəniyyət və Turizm Nazirliyinə tabe olan 300-dən çox muzey və mərasim yerlərini, Milli Sarayları ziyarət edib, tarixə xoş səyahət edə bilərsiniz. Kart alındığı tarixdən 1 il müddətində etibarlıdır. Türkiyədə təhsil müəssisəsində olduğunuz müddətdə bu kartı yenidən əldə edə bilərsiniz.
Bunlardan əlavə, Türkiyədə tələbərə verilən imkanlar çoxdur. Siz tələbə olduğunuz zaman dil kursundan tutmuş, hər hansı bir sahə üzrə pulsuz kurslara qoşula bilərsiniz.
Ən önəmli məsələ, Türkiyədə necə təhsil almaq olar?
Türkiyədə təhsil almaq üçün iki yol var: İmtahanla və İmtahansız. Türkiyə univeresitetlərində təhsil almaq üçün YÖS və ya SAT imtahanı verməlisiniz. İmtahansız şəkildə isə 11-ci sinif attestatı ilə müraciət edə bilərsiniz. Əlbəttə bu sadəcə qısa məlumatdır. Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın və pulsuz konsultasiya xidmətimizdən yararlanın. Həmçinin aşağıdakə linklərdən YÖS və SAT kursları barədə məlumat ala bilərsiniz.
Türkiyədə təhsil almaq üçün bizə müraciət edin!