Türkiyədə təhsil və Türkiyədə təhsillə bağlı bilməli olduğunuz hər şey 2020-21

Türkiyədə təhsilTürkiyədə təhsil almaq istəyənlərin diqqətinə!

– Türkiyənini Dövlət universitetlərinə attesatla qəbul.

– SAT və DİM balıyla qəbul. 

– YÖS balı ilə qəbul 

– Magistraturaya qəbul

 

Ünvan:Bülbül prospekti 19, Af Mall 4-cü mərtəbə.

 

Əlaqə telefonları: +994 12 555 23 3 +994 50 518 23 30.

Son illərdə Türkiyədə təhsil almaq istəyən Azərbaycanlı tələbələrin sayı olduqca artmaqdadır. Buna səbəb həm qardaş ölkə olan Türkiyənin ölkəmizə yaxın olması, həm də ölkə mədəniyyətlərinin bənzərliyi ola bilər. Türkiyə universitetlərində təhsilin üstün cəhətləri çoxdur. Elə məhz bu səbəbdən də sizə Türkiyədə təhsil haqqında hazırladığımız qısa məlumatı təqdim edirik.Türkiyə universitetlərinə qəbul olmağın bir neçə yolları var: attestatla qəbul (imtahansız qəbul), DİM ilə qəbul, YÖS imtahanı ilə qəbul, SAT ilə qəbul üsulu.“Attestatla qəbul” . Türkiyənin bir çox universitetləri sadəcə attestat ilə tələbə qəbulu həyata keçirir. Attestatla qəbul üsulu imtahansız qəbul üsuludur. Attestatla qəbul zamanı sizin attestat qiymətləriniz və attestat balı ortalamanız nəzərə alınır. Attestatla bakalavr təhsili ala biləcəyiniz bəzi ixtisaslar:

Tibb fakültəsi

Mühəndislik fakültəsi

Hüquq  fakültəsi

Qida mühəndisliyi fakültəsi

İqtisadiyyat

Memarlıq

Bank işi

İnşaat mühəndisliyi

Jurnalistika

Maliyə

İdarəetməçilik

Kimya

Fizika

Psixologiya

Kompüter və texnologiya mühəndisliyi

Musiqi müəllimliyi

Statistika

Biologiya

TarixTürkiyənin bir çox universitetləri DİM imtahan balı ilə tələbə qəbul edir. DİM imtahan balı Türkiyə universitetlərinin birində təhsil almaq istəyirsinizsə sizin imtahan balınız 450-500 baldan yuxarı olmalıdır. Bu qəbul üsulu ilə siz Türkiyənin həm özəl, həm də dövlət universitetlərində istədiyiniz fakültə və ixtisas üzrə təhsil ala bilərsiniz. “YÖS imtahanı ilə qəbul. YÖS ( Yabancı Öğrenci Sınavı ) imtahanı Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır .YÖS imtahan balı ilə siz Türkiyənin həm özəl, həm dövlət olmaqla 150-dən çox universitetinə asanlıqla qəbul ola bilərsiniz. Bu imtahan Türkiyədə sırf bakalavr təhsili üçündür.

YÖS imtahanı 2 hissədən ibarət olur:
1. Məntiq və Riyaziyyat
2. Türk dili

YÖS imtahanı məntiqdən 45, riyaziyyatdan 35 sual olmaqla ümumi 80 sualdan ibarətdir. YÖS imtahanı 90 dəqiqə ərzində keçirilir.

Türk dili imtahanının keçirilməsi, təhsil almaq istəyən xarici vətəndaşın türk dilinə olan biliyinin nə dərəcədə olduğunun yoxlanılması üçündür. Türk dili imtahanı 60 dəqiqə ərzində keçirilir. YÖS imtahanlarından yığıla biləcək maksimum nəticə 100 baldır. Tələbə 60-dan yuxarı bal yığarsa bir çox universitetə (tibb ixtisası xaric) güzəştli təhsil haqqı və ya pulsuz təhsillə qəbul ola bilər.

 

Qeyd etməliyik ki, hər universitet YÖS imtahanını fərqli tarixlərdə keçirə bilər və hər universitetin YÖS keçid balı fərqli ola bilər. Bunu öyrənmək üçün öncədən universitetin saytına daxil olub qəbul şərtlərinə baxa bilərsiniz.

YÖS imtahanının nəticələri 2 il müddətində etibarlıdır. SAT imtahanı ilə Türkiyə, Amerika və bəzi Avropa universitetlərinə qəbul ola bilərsiniz. Bu imtahan 2 hissədən ibarətdir: SAT 1 və SAT 2.

SAT 1  imtahanı Riyaziyyat və İngilis dili bilikləri tələb edir. Riyaziyyat imtahanında tələbənin riyazi bilikləri və riyazi analitik təfəkkürü yoxlanılır. İngilis dili imtahanında isə tələbənin ingilis dili bacarıqları test edilir. SAT imtahanında hər bölmə üzrə ballar 500-800 intervalında dəyişir.

SAT 2 imtahanı bir çox akademik fənnlərdən (biologiya, kimya, fizika, çin dili, yapon dili və s) ibarətdir. SAT 2 imtahanının bal intervalı 200-800 arasında dəyişməkdədir. İmtahan nəticələri toplandıqdan sonra balınız müəyyən olunur. SAT 1 imtahanının müddəti 3 saat 45 dəqiqədir. SAT 2 imtahanının müddəti isə 1 saatdır.

Qeyd edək ki, SAT imtahanının nəticələri 2 il müddətində etibarlıdır. Qalata Xaricdə Təhsil Mərkəzi 2019-2020-ci illər üçün Türkiyə universitetlərinə tələbə qəbulu həyata keçirir. Mərkəzimizdə Türkiyə universitetlərinə qəbul üçün YÖS və SAT imtahanı hazırlıq dərsləri də ir. Dərslər peşəkar müəllimlər tərəfindən keçirilir.  Qeyd edək ki, YÖS tələbələrimiz  dərs vəsaitlkeçiriləri ilə təmin olunur. Əlavətən qeyd edək ki, tələbələrimizin sənəd qəbulu da kursumuz tərəfindən aparılır. Tələbələrimizin qəbuluna 100% zəmanət veririk!

Əgər siz də gələcəkdə Türkiyədə təhsil almağı planlaşdırırsınızsa, o zaman Qalata Təhsil Mərkəzinə müraciət edə bilərsiniz.

  

Əgər siz də gələcəkdə Türkiyədə təhsil almağı planlaşdırırsınızsa, o zaman Qalata Təhsil Mərkəzinə müraciət edə bilərsiniz.