türkiyədə tibb təhsili
Tibb sahəsinin inkişafı özündən sonra tibb ixtisasına tələbə axınını da gücləndirir. Xaricdə tibb təhsili almaq istəyən tələbələr ən çox Türkiyəyə üz tuturlar. Elə bu səbəbdən də Türkiyədə tibb təhsili son zamanlar ən çox tələb olunan ixtisaslardan biridir. Türkiyə xarici tələbə qəbulunu bu meyarlar əsasında aparır: Attestat, YÖS ,TQDK balı və SAT ilə. Təbii ki ən rahat və asan üsul attestatla qəbul üsuludur. Bunun üçün sizin attestat qiymətləriniz 5 olmalıdır. ATTESTAT ilə qəbul edən universitetlərdə təhsil dili əsasən Türk dilində olur.
Bahçeşehir Universiteti-1998- ci ildə yaradılan bu universitet 8 fakültə,4 institut, 2 könüllü məktəbi ilə tələbələr üçün aktiv fəaliyyət göstərir. Bahçeşehir Universitetində yalnız tələbələrə deyil, həm də məzunlara yönəlik proqramlar təşkil olunur. Təhsil və araşdırma sahəsində toplam 22 laboratoriya, tələbələrin təhsil alacağı Medical Park Göztepe Hastane Kompleksində 100 poliklinika otağı, 12 əməliyyat otağı ilə xidmət göstərir. Universitetin üstün texnoloji imkanları – 3D əməliyyat görüntüləmə sistemi, digital kadavralar, müasir laboratoriyalar və s tələbələrə həm praktik həm vizual təcrübələrə sahib olmaq imkanı tanıyır. Məzun və tələbələr universitet tərəfindən təşkil olunmuş təhsil və sosial layihələrdə iştirak edə bilərlər. Universitet haqqında daha ətraflı məlumatı Bahçeşehir universiteti tanıtım videosundan əldə edə bilərsiniz.