Türkiyədə tibb təhsili – Başkent Universiteti

türkiyədə tibb
türkiyədə tibb

Tibb sahəsinin inkişafı özündən sonra tibb ixtisasına tələbə axınını da gücləndirir. Xaricdə tibb təhsili almaq istəyən tələbələr ən çox Türkiyəyə üz tuturlar. Elə bu səbəbdən də Türkiyədə tibb təhsili son zamanlar ən çox tələb olunan ixtisaslardan biridir. Türkiyə xarici tələbə qəbulunu bu meyarlar əsasında aparır: Attestat, YÖS ,TQDK balı ilə. Təbii ki ən rahat və asan üsul attestatla qəbul üsuludur. Bunun üçün sizin attestat qiymətləriniz 5 olmalıdır. ATTESTAT ilə qəbul edən universitetlərdə təhsil dili əsasən Türk dilində olur.

Başkent Universiteti– Tibb təhsilində öz sözünü deyən universitetlərdən biri də Başkent universitetidir. Universitet xüsusi tədris metodikaları ilə yanaşı tələbələrə xüsusi tədris proqramları seçmək imkanı təqdim edir. Tibbi və texnoloji laboratoriyaları, araşdırma mərkəzləri, peşəkar müəllim heyəti ilə tələbələr yüksək səviyyədə tibb təhsili alır. 25 illik təcrübəyə malik universitet həm də tələbələrin Başkent Universitesi Tibb Xəstəxanasında staj və təcrübə keçmək imkanı yaradır. Daha ətraflı məlumatı Baçkent universiteti tələbəsindən dinləyə bilərsiniz.

https://youtu.be/CRKmts4PCAg