
Tibb sahəsinin inkişafı özündən sonra tibb ixtisasına tələbə axınını da gücləndirir. Xaricdə tibb təhsili almaq istəyən tələbələr ən çox Türkiyəyə üz tuturlar. Elə bu səbəbdən də Türkiyədə tibb təhsili son zamanlar ən çox tələb olunan ixtisaslardan biridir. Türkiyə xarici tələbə qəbulunu bu meyarlar əsasında aparır: Attestat, YÖS ,TQDK balı ilə. Təbii ki ən rahat və asan üsul attestatla qəbul üsuludur. Bunun üçün sizin attestat qiymətləriniz 5 olmalıdır. ATTESTAT ilə qəbul edən universitetlərdə təhsil dili əsasən Türk dilində olur.
İstanbul Aydın Universiteti– Yüksək keyfiyyətli tibb tıhsili ilə seçilən universitetlərdən biri də İstanbul Aydın universitetidir. Universitetdə tələbələr xüsusi metodikalar ilə təhsil alır. Universitetdə Anatomiya, biokimya, histologiya və embrionizm, mikrobiologiya, patologiya, radioterapiya, genetika və s laboratoriyaları mövcuddur.Dentaydın (İstanbul Aydın Universiteti diş həkimliyi fakültəsi xəstəxanası) xəstəxanasında tələbələrin staj keçməsi üçün imkanlar yaradılıb.