Türkiyədə tibb təhsili – Maltepe Universiteti

türkiyədə tibb təhsili
türkiyədə tibb təhsili

Tibb sahəsinin inkişafı özündən sonra tibb ixtisasına tələbə axınını da gücləndirir. Xaricdə tibb təhsili almaq istəyən tələbələr ən çox Türkiyəyə üz tuturlar. Elə bu səbəbdən də Türkiyədə tibb təhsili son zamanlar ən çox tələb olunan ixtisaslardan biridir. Türkiyə xarici tələbə qəbulunu bu meyarlar əsasında aparır: Attestat, YÖS ,TQDK balı və SAT ilə. Təbii ki ən rahat və asan üsul attestatla qəbul üsuludur. Bunun üçün sizin attestat qiymətləriniz 5 olmalıdır. ATTESTAT ilə qəbul edən universitetlərdə təhsil dili əsasən Türk dilində olur.

Maltepe Universiteti– 1991- ci ildən fəaliyyətə başlayan universitet qısa zamanda Türkiyənin keyfiyyətli təhsil verən müəssisələrindən birinə çevrilmişdir. Günümüzdə universitet 9 fakültə, 3 institut, 2 peşə məktəbi ilə fəaliyyət göstərməkdədir. Tibbin bir çox sahəsində keyfiyyətli təhsili təmənni edən universitet həm də Maltepe Üniversitesi Tıp Fakültesi Xəstəxanası ilə tələbələrə təcrübə qazanmaq imkanı yaradır. Tələbələr universitetin daxilində laboratoriyalar və təcrübə mərkəzlərindən yararlana bilər və həmçinin müxtəlif layihə və proyektlərdə iştirak edə bilərlər. Maltepe universiteti tibb fakültəsi haqqında daha ətraflı məlumatı videoçarxdan izləyə bilərsiniz.

https://youtu.be/kgR8ZiPVcho