Türkiyədə Tibb Təhsili – Medipol Universiteti

türkiyədə tibb təhsili
türkiyədə tibb təhsili

Tibb sahəsinin inkişafı özündən sonra tibb ixtisasına tələbə axınını da gücləndirir. Xaricdə tibb təhsili almaq istəyən tələbələr ən çox Türkiyəyə üz tuturlar. Elə bu səbəbdən də Türkiyədə tibb təhsili son zamanlar ən çox tələb olunan ixtisaslardan biridir. Türkiyə xarici tələbə qəbulunu bu meyarlar əsasında aparır: Attestat, YÖS ,TQDK balı və SAT ilə. Təbii ki ən rahat və asan üsul attestatla qəbul üsuludur. Bunun üçün sizin attestat qiymətləriniz 5 olmalıdır. ATTESTAT ilə qəbul edən universitetlərdə təhsil dili əsasən Türk dilində olur. Türkiyədə tibb təhsili verən universitetlərdən biri də Medipol universitetidir.

Medipol Universiteti– Medipol Universitesi Türkiyənin tibb təhsili verən qabaqcıl universitetlərindən biridir. Universitetin nəzdində fəaliyyət göstərən Medipol Mega Universitet Xəstəxanasında tələbələrə yüksək səviyyəli staj və təcrübə qazana bilərlər. Universitet tələbələrinə elm yolunda ilk addımlarını atmaqda köməklik edir. Belə ki, tibb sahəsinin hər qolu üzrə keyfiyyətli təhsil verən universitet həm də biokimya və mikrobiologiya laboratoriyaları ilə fəaliyyətdədir. Laboratoriyalar hər tələbə üçün xüsusi avacanlıqlarla təhciz edilmişdir. Medipol universiteti tibb təhsilini ingilis dilində verməkdədir. Daha ətraflı məlumatı Medipol universiteti tələbələrindən dinləyə bilərsiniz.