Turkiyede tibb İkan universiteti
Tibb sahəsinin inkişafı özündən sonra tibb ixtisasına tələbə axınını da gücləndirir. Xaricdə tibb təhsili almaq istəyən tələbələr ən çox Türkiyəyə üz tuturlar. Elə bu səbəbdən də Türkiyədə tibb təhsili son zamanlar ən çox tələb olunan ixtisaslardan biridir. Türkiyə xarici tələbə qəbulunu bu meyarlar əsasında aparır: Attestat, YÖS ,TQDK balı və SAT ilə. Təbii ki ən rahat və asan üsul attestatla qəbul üsuludur. Bunun üçün sizin attestat qiymətləriniz 5 olmalıdır. ATTESTAT ilə qəbul edən universitetlərdə təhsil dili əsasən Türk dilində olur. Türkiyədə tibb təhsili verən universitetlərdən biri də Okan universitetidir.
Okan Universiteti– Tələbələrinə müasir dünya standartları əsasında təhsil verən universitet xüsusilə tibb təhsilində də öz sözünü deyir. Okan Universiteti Akademik müəllim heyəti, akademik təhsil proqramları, Simulyasiya mərkəzi və müasir laboratosiyaları ilə keyfiyyətli təhsili təmənni edir. Universitetin nəzdində olan Okan Universiteti Xəstəxanası 43 tibb bölümü üzrə təhsillərinin 6-cı ilində tələbələrə təcrübə imkanı yaradır. Dərslər professional müəllim heyəti ilə keçirilir. Daha ətraflı məlumatı videoçarxdan izləyə bilərsiniz.