Türkiyədə tibb təhsili – Bezmialem Universiteti

türkiyədə tibb
türkiyədə tibb

Tibb sahəsinin inkişafı özündən sonra tibb ixtisasına tələbə axınını da gücləndirir. Xaricdə tibb təhsili almaq istəyən tələbələr ən çox Türkiyəyə üz tuturlar. Elə bu səbəbdən də Türkiyədə tibb təhsili son zamanlar ən çox tələb olunan ixtisaslardan biridir. Türkiyə xarici tələbə qəbulunu bu meyarlar əsasında aparır: Attestat, YÖS ,TQDK balı ilə. Təbii ki ən rahat və asan üsul attestatla qəbul üsuludur. Bunun üçün sizin attestat qiymətləriniz 5 olmalıdır. ATTESTAT ilə qəbul edən universitetlərdə təhsil dili əsasən Türk dilində olur.

Bezmialem Universiteti– Bezmialem Universiteti tibb təhsili almaq istəyən tələbələrə yüksək səviyyəli təhsil vəd edir. Universitetdə laboratoriyalar, tibbi simulyasiya otaqları, xüsusi dərs proqramı və s ilə müasir standartlara uyğun tələbələr yetişdirilir. Bütün bunlarla yanaşı, tələbələr Bezmialem Vakıf Universitesi Xəstəxanasında təcrübə və staj qazanmaq imkanı əldə edirlər. Dərs proqramlarından savayı universitet həmçinin Johns Hopkins staj proqramı ilə də tələbələrin elmi fəaliyyətlərinə dəstək olur.