Türkiyədə tibb təhsili ala biləcəyiniz 10 universitet

Türkiyədə tibb təhsili
Türkiyədə tibb təhsili

Türkiyədə tibb təhsili verən özəl universitetlər

Tibb sahəsinin inkişafı özündən sonra tibb ixtisasına tələbə axınını da gücləndirir. Xaricdə tibb təhsili almaq istəyən tələbələr ən çox Türkiyəyə üz tuturlar.

Elə bu səbəbdən də Türkiyədə tibb təhsili son zamanlar ən çox tələb olunan ixtisaslardan biridir. Türkiyə xarici tələbə qəbulunu bu meyarlar əsasında aparır: Attestat, YÖS ,TQDK balı ilə. Təbii ki ən rahat və asan üsul attestatla qəbul üsuludur. Bunun üçün sizin attestat qiymətləriniz 5 olmalıdır. ATTESTAT ilə qəbul edən universitetlərdə təhsil dili əsasən Türk dilində olur.

Türkiyədə tibb təhsili verən özəl universitetlərin siyahısı:

Acıbadem Universiteti– 2007-ci il Acıbadem Sağlıq və təhsil cəmiyyəti tərəfindən yaradılan, səhiyə təhsili üzrə əsaslanmış bir universitetdir. 25 illik təcrübə və elmi praktikası ilə seçilən bu universitet həm də güclü müəllimlər heyəti, inkişaf etmiş texnoloji avadanlıqları ilə müasir dövrün tələblərinə uyğun tibb işçiləri yetişdirir. Universitetin daxilində yerləşən “Robotik Cerrahi Eğitim Mərkəzi”-CASE texnologiya və avadanlıqları ilə dünyanın ən inkışaf etmiş tedris mərkəzlərindən biridir.Acıbadem Universiteti dünyada sadəcə 2 medikal mərkəzin sahib olduğu Mükəmməliyyət Mərkəzi sertifikatına sahibdir. Tələbələr təhsil aldıqları müddət boyu Acıbadem Sağlık Grubunun dəstəyi ilə staj qazana bilərlər. Acibadem Universiteti 5 fakültə, 2 peşə məktəbi, 3 institut və digər proyektləri ilə inkişafını davam etdirməkdədir.

Bahçeşehir Universiteti-1998- ci ildə yaradılan bu universitet 8 fakültə,4 institut, 2 könüllü məktəbi və 1 dil məktəbi ilə tələbələr üçün aktiv fəaliyyət göstərir.Bahçeşehir Universiteti yalnız tələbələrə deyil, həm də məzunlara yönəlik proqramlar təşkil olunur.Məzun və tələbələr universitet tərəfindən təşkil olunmuş təhsil və sosial layihələrdə iştirak edə bilərlər. Təhsil və araşdırma sahəsində toplam 22 laboratoriya, tələbələrin təhsil alacağı Medical Park Göztepe Hastane Kompleksində 100 poliklinika otağı, 12 əməliyyat otağı ilə xidmət göstərir

Altınbaş Universiteti-ilk tələbələrini 2011-2012 ilində alan Altınbaş Universiteti fəaliyyətə başladığı gündən sürətlə inkişaf etmişdir. Qeyd edək ki, universitet tibb təhsili alan tələbələrə praktika imkanı yaradır. 9 fakültə ,3 institut, 2 peşə məktəbini özündə birləşdirən universitet tələbələrinə təkcə elmi yox həm də sosial aktivlikdə kömək edir.

Medipol Universiteti– Medipol Universitesi Türkiyənin tibb təhsili verən qabaqcıl universitetlərindən biridir. Universitetin nəzdində fəaliyyət göstərən Medipol Mega Universitet Xəstəxanasında tələbələrə yüksək səviyyəli staj və təcrübə qazana bilərlər. Universitet tələbələrinə elm yolunda ilk addımlarını atmaqda köməklik edir. Belə ki, tibb sahəsinin hər qolu üzrə keyfiyyətli təhsil verən universitet həm də biokimya və mikrobiologiya laboratoriyaları ilə fəaliyyətdədir.

Maltepe Universiteti– 1991- ci ildən fəaliyyətə başlayan universitet qısa zamanda Türkiyənin keyfiyyətli təhsil verən müəssisələrindən birinə çevrilmişdir. Günümüzdə universitet 9 fakültə, 3 institut, 2 peşə məktəbi ilə fəaliyyət göstərməkdədir. Tibbin bir çox sahəsində keyfiyyətli təhsili təmənni edən universitet həm də Maltepe Üniversitesi Tıp Fakültesi Xəstəxanası ilə tələbələrə təcrübə qazanmaq imkanı yaradır.

 Okan Universiteti– Tələbələrinə müasir dünya standartları əsasında təhsil verən universitet xüsusilə tibb təhsilində də öz sözünü deyir. Okan Universiteti Akademik müəllim heyəti, akademik təhsil proqramları, Simulyasiya mərkəzi və müasir laboratosiyaları ilə keyfiyyətli təhsili təmənni edir. Universitetin nəzdində olan Okan Universiteti Xəstəxanası 43 tibb bölümü üzrə tələbələrə təcrübə imkanı yaradır.

Yeditepe Universiteti– Yeditepe Universiteti 13 fakültə ilə akademik fəaliyyətini davam etdirir. Universitet Tibb bölümləri üzrə təhsil alan tələbələrinə 3-cü kursdan başlayaraq xəstəxanada staj keçmək imkanı yaradır. Təhsil müddətinin 6-cı ilindən başlayaraq rəsmi işləmə imkanı tanıyan universitet həm də akademik təshilində keyfiyyətə önəm verir. Peşəkar Müəllim heyəti ilə yanaşı, biofizika, patalogiya, tibbi-biologiya, mikrobiologiya, fiziologiya, histologiya, biokimya, anotomiya laboratoriyaları ilə də fəaliyyət göstərir.

Bezmialem Universiteti– Bezmialem Universiteti tibb təhsili almaq istəyən tələbələrəyüksək səviyyəli təhsil vəd edir. Universitetdə laboratoriyalar, tibbi simulyasiya otaqları, xüsusi dərs proqramı və s ilə müasir standartlara uyğun tələbələr yetişdirilir. Bütün bunlarla yanaşı, tələbələr Bezmialem Vakıf Universitesi Xəstəxanasında təcrübə və staj qazanmaq imkanı əldə edirlər. Dərs proqramlarından savayı universitet həmçinin Johns Hopkins staj proqramı ilə də tələbələrin elmi fəaliyyətlərinə dəstək olur.

İstanbul Aydın Universiteti– Yüksək keyfiyyətli tibb tıhsili ilə seçilən universitetlərdən biri də İstanbul Aydın universitetidir. Universitetdə tələbələr xüsusi metodikalar ilə təhsil alır. Universitetdə Anatomiya, biokimya, histologiya və embrionizm, mikrobiologiya, patologiya, radioterapiya, genetika və s laboratoriyaları mövcuddur.Dentaydın (İstanbul Aydın Universiteti diş həkimliyi fakültəsi xəstəxanası) xəstəxanasında tələbələrin staj keçməsi üçün imkanlar yaradılıb.

Başkent Universiteti– Tibb təhsilində öz sözünü deyən universitetlərdən biri də Başkent universitetidir. Universitet xüsusi tədris metodikaları ilə yanaşı tələbələrə xüsusi tədris proqramları seçmək imkanı təqdim edir. Tibbi və texnoloji laboratoriyaları, araşdırma mərkəzləri, peşəkar müəllim heyəti ilə tələbələr yüksək səviyyədə tibb təhsili alır. 25 illik təcrübəyə malik universitet həm də tələbələrin Başkent Universitesi Tibb Xəstəxanasında staj və təcrübə keçmək imkanı yaradır. türkiyede tibb tehsili      türkiyede tibb tehsili