Türkiyədə tibb təhsili – Yeditepe Universiteti

tibb türkiyədə
tibb türkiyədə

Tibb sahəsinin inkişafı özündən sonra tibb ixtisasına tələbə axınını da gücləndirir. Xaricdə tibb təhsili almaq istəyən tələbələr ən çox Türkiyəyə üz tuturlar. Elə bu səbəbdən də Türkiyədə tibb təhsili son zamanlar ən çox tələb olunan ixtisaslardan biridir. Türkiyə xarici tələbə qəbulunu bu meyarlar əsasında aparır: Attestat, YÖS ,TQDK balı və SAT ilə. Təbii ki ən rahat və asan üsul attestatla qəbul üsuludur. Bunun üçün sizin attestat qiymətləriniz 5 olmalıdır. ATTESTAT ilə qəbul edən universitetlərdə təhsil dili əsasən Türk dilində olur.

Yeditepe Universiteti– Yeditepe Universiteti 13 fakültə ilə akademik fəaliyyətini davam etdirir. Universitet Tibb bölümləri üzrə təhsil alan tələbələrinə 3-cü kursdan başlayaraq xəstəxanada staj keçmək imkanı yaradır. Təhsil müddətinin 6-cı ilindən başlayaraq rəsmi işləmə imkanı tanıyan universitet həm də akademik təshilində keyfiyyətə önəm verir. Peşəkar Müəllim heyəti ilə yanaşı, biofizika, patalogiya, tibbi-biologiya, mikrobiologiya, fiziologiya, histologiya, biokimya, anotomiya laboratoriyaları ilə də fəaliyyət göstərir. Daha ətraflı məlumatı Yeditepe universitetinin tələbələrindən dinləyə bilərsiniz.