
Türkiyədə turizm təhsili
Turizm sahəsi dünyada inkişaf sürətinə və gəlirlərinə görə iqtisadiyyatın əksər sahələrini üstələyir. Turizm sahəsi Türkiyədə də sürətlə inkişaf etməkdədir. Məhz bu səbəbdən artıq bir çox tələbələr turizm təhsili almaq üçün Türkiyəyə üz tutur.
Türkiyədə örgün turizm təhsili verən təhsil qurumları orta məktəb və universitet yönümlü olan turizm təhsili verən müəssisələrdən ibarətdir. Universitetlərdə verilən turizm təhsili önlisans, lisans və lisansüstü olmaqla 3 növü vardır.
Universitetlərdə verilən turizm təhsili 4 il, peşə məktəblərində isə əsasən 2 il müddətindədir.
Türkiyənin Akdeniz, Boğaziçi, Muğla Sıtkı Koçman, Atatürk, Afyon Kocatepe və s universitetlərində turizm təhsili ala bilərsiniz.
Boğaziçi Universiteti – Boğaziçi Universiteti 1976-cı ildən etibarən Turizm təhsili verməkdədir. Xarici dil olaraq ingilis dili təhsili verən, professional müəllimlər heyətinə malik universitetdir. Universitetin George Washington Universiteti ilə ortaq proyektləri və San Diego State Universiteti ilə birlikdə turizm inkişafı proyektləri tələbələrdə peşəyönümlü inkişafa dəstək verir. Tələbələr Erasmus və digər təhsil proqramları ilə başqa universitetlərdə mübadilə təhsili ilə yanaşı Boğaziçi universitetində də iki fakültəsni eyni anda oxuyub 2 diplom sahib ola bilərlər. İkinci və üçüncü təhsil illərindən etibarən tələbələr yaz aylarında otel və turizm şirkətlərində təcrübə keçmək imkanına sahibdirlər.
Buradakı turizm təhsili 2012-2016 illərində Turizm təhsilinin keyfiyyəti haqqında UNWTO (Dünya Turizm təşkilatı) tərəfindindən TEDQUAL (Turizm Təhsili Keyfiyyəti sertifikatı) sertifikatı almış və 2016da yenilənmiş və 2020-yə qədər keçərlidir. Bu universitetin məzunları həm turizm, həm də bank sahələrində öz karyeralarını uğurla davam etdirirlər. Boğaziçi Universitetində Turizm fakültəsinin ödənişi 1500-2500 TL arasında dəyişməkdədir.
Qalata Xaricdə Təhsil Mərkəzi (Qalata.com) Türkiyədə təhsil almaq istəyən tələbələrin qəbulunu həyata keçirir.
Ünvan: Bülbül prospekti 19, Af Mall 4-cü mərtəbə.
Əlaqə telefonları : 050 794 0154
+994 50 518 23 30