Türkiyede tehsil- Kars Kafkas Universiteti

Türkiyede tehsil
Türkiyede tehsil

Türkiyede tehsil

Kars-Kafkas Universiteti 11 iyul 1992 tarixində yaradılmışdır.İlk zamanlarda 245 tələbə və 40 müəllimi olan universitet hal hazırda 11 fakültə,9 peşə məktəbi, 1 dövlət konservatoriyası,3 institut, 872 müəllim və 20.000 tələbəni bir arada toplayan böyük tehsil qurumudur.

Bununla bərabər hələ də inkişaf edən bu çoxyönlü universitet bölgə universiteti olmaq üzərə əmin addımlarla irəliləyir.

Yüksək texnoloji avadanlıqlar,ictimai mədəniyyət mərkəzləri ilə türkiyənin sayılıb-seçilən universitetlərindən olan Kars-Kafkas universitetinə sadəcə ATTESTAT, TQDK balı və YÖS balı ilə qebul ola bilərsiniz.Adı çəkilən ballarla qebul ola biləcəyiniz fakültələrin siyahısı.

Fakültələr:

• Pedaqoji Fakültə
• Hüquq Fakültəsi
• Dəqiq Elmlər-Ədəbiyyat Fakültəsi
• İqtisadiyyat və İdarəetmə Fakültəsi
• Mühəndislik Fakültəsi
• Tibb Fakültəsi
• Baytarlıq Fakültəsi
• Stomatologiya Fakültəsi
• İncəsənət Fakültəsi
• Sağlamlıq Elmləri Fakültəsi
• İslam Elmləri Fakültəsi