
Tibb sahəsinin inkişafı özündən sonra tibb ixtisasına tələbə axınını da gücləndirir. Xaricdə tibb təhsili almaq istəyən tələbələr ən çox Türkiyəyə üz tuturlar. Elə bu səbəbdən də Türkiyədə tibb təhsili son zamanlar ən çox tələb olunan ixtisaslardan biridir. Türkiyə xarici tələbə qəbulunu bu meyarlar əsasında aparır: Attestat, YÖS ,TQDK balı və SAT ilə. Təbii ki ən rahat və asan üsul attestatla qəbul üsuludur. Bunun üçün sizin attestat qiymətləriniz 5 olmalıdır. ATTESTAT ilə qəbul edən universitetlərdə təhsil dili əsasən Türk dilində olur. Türkiyənin tibb təhsili verən prestijli universitetlərindən biri də Acıbadem universitetidir.
Acıbadem Universiteti– Türkiyədə tibb təhsili sahəsində 2007-ci il Acıbadem Sağlıq və təhsil cəmiyyəti tərəfindən yaradılan, səhiyə təhsili üzrə əsaslanmış bir universitetdir. 25 illik təcrübə və elmi praktikası ilə seçilən bu universitet həm də güclü müəllimlər heyəti, inkişaf etmiş texnoloji avadanlıqları ilə müasir dövrün tələblərinə uyğun tibb işçiləri yetişdirir. Universitetin daxilində yerləşən “Robotik Cerrahi Eğitim Mərkəzi”-CASE texnologiya və avadanlıqları ilə dünyanın ən inkışaf etmiş tedris mərkəzlərindən biridir.Acıbadem Universiteti dünyada sadəcə 2 medikal mərkəzin sahib olduğu Mükəmməliyyət Mərkəzi sertifikatına sahibdir. Tələbələr təhsil aldıqları müddət boyu Acıbadem Sağlık Grubunun dəstəyi ilə staj qazana bilərlər. Acibadem Universiteti 5 fakültə, 2 peşə məktəbi, 3 institut və digər proyektləri ilə inkişafını davam etdirməkdədir. Acıbadem universiteti nəzdində olan kitabxana, araşdırma mərkəzi, simulyasiya otaqları və tələbələrin inkişafı üçün hər cür imkanlar yaradılmışdır. Universitet haqqında daha ətraflı məlumatı videodakı Acıbadem universiteti tələbələrindən və müəllimlərindən dinləyə bilərsiniz.