
Türkiyede tibb tehsili- Tibb sahəsinin inkişafı özündən sonra tibb ixtisasına tələbə axınını da gücləndirir. Xaricdə tibb təhsili almaq istəyən tələbələr ən çox Türkiyəyə üz tuturlar. Elə bu səbəbdən də Türkiyədə tibb təhsili son zamanlar ən çox tələb olunan ixtisaslardan biridir. Türkiyə xarici tələbə qəbulunu bu meyarlar əsasında aparır: Attestat, YÖS ,TQDK balı və SAT ilə. Təbii ki ən rahat və asan üsul attestatla qəbul üsuludur. Bunun üçün sizin attestat qiymətləriniz 5 olmalıdır. ATTESTAT ilə qəbul edən universitetlərdə təhsil dili əsasən Türk dilində olur.
Altınbaş Universiteti – ilk tələbələrini 2011-2012 ilində alan Altınbaş Universiteti fəaliyyətə başladığı gündən sürətlə inkişaf etmişdir. Qeyd edək ki, universitet tibb təhsili alan tələbələrə praktika imkanı yaradır. Universitet 9 fakültə ,3 institut, 2 peşə məktəbini özündə birləşdirir. Universitetin nəzdində araşdırma mərkəzləri, təcrübə mərkəzləri, kitabxanalar və s tələbələrin istifadəsinə verilmişdir. Universitet tələbələrinə təkcə elmi yox həm də sosial aktivlikdə kömək edir.