
Türkiyədə turizm təhsili
Turizm sahəsi dünyada inkişaf sürətinə və gəlirlərinə görə iqtisadiyyatın əksər sahələrini üstələyir. Turizm sahəsi Türkiyədə də sürətlə inkişaf etməkdədir. Məhz bu səbəbdən artıq bir çox tələbələr turizm təhsili almaq üçün Türkiyəyə üz tutur.
Türkiyədə örgün turizm təhsili verən təhsil qurumları orta məktəb və universitet yönümlü olan turizm təhsili verən müəssisələrdən ibarətdir. Universitetlərdə verilən turizm təhsili önlisans, lisans və lisansüstü olmaqla 3 növü vardır.
Universitetlərdə verilən turizm təhsili 4 il, peşə məktəblərində isə əsasən 2 il müddətindədir.
Türkiyənin Akdeniz, Boğaziçi, Muğla Sıtkı Koçman, Atatürk, Afyon Kocatepe və s universitetlərində turizm təhsili ala bilərsiniz.
Akdeniz Universiteti – Akdeniz universiteti turizm təhsili üzrə tanınan universitetlərdən biridir. Universitetdə təhsil müddəti boyu tələbələr ən az 2 xarici dili mükəmməl və səlis öyrənəcəklər. Universitet turizmdəki yenilikləri hər zaman araşdıran və bu yenilikləri təhsilə daxil edərək dünyəvi standartlara uyğun tələbələr yetişdirməkdədir. Universitet turizm sektoru ilə daima əlaqədə olub onların tələblərinə uyğun olaraq hərəkət etməklə tələbələrin daha yaxşı yetişməsini və dünyagörüşlü olmasını təmin edir. Akdeniz Universitetində Turizm təhsili almaqla yanaşı həm də təhsil aldıqları fakültə üzrə təcrübə proqramları ilə staj əldə edə bilərlər. Akdeniz Universitetində Turizm fakültəsinin ödənişi 1,000-2000 TL arası dəyişir.
Qalata Xaricdə Təhsil Mərkəzi (Qalata.com) Türkiyədə təhsil almaq istəyən tələbələrin qəbulunu həyata keçirir.
Ünvan: Bülbül prospekti 19, Af mall 4-cü mərtəbə
Əlaqə telefonları : +994 12 555 23 30
+994 50 518 23 30