Vizual kommunikasiya təlimi

Communication tips for Yacht Charters - YACHTMASTER.hr

Əziz gənclər, Bakı Kommunikasiya Laboratoriyası sizi bilgilərinizi artırmağa kömək edəcək, interaktiv, maraqlı və əyləncəli vizual kommunikasiya təlimlərində iştirak etməyə dəvət edir.

Təlimlərdə siz foto, video və multimedia hekayələri hazırlamaq və yaratdığınız kontenti müxtəlif sosial media kanalları vasitəsilə geniş kütlə ilə bölüşmək bacarıqları əldə edəcəksiniz.Bundan başqa, iştirakçılar məlumat və mənbələrin etibarlılığını yoxlamaq üçün rəqəmsal savadlılıq imkanlarını inkişaf etdirəcəklər.

Təlim zamanı həm də hazır məhsulların sosial mediada paylaşılması, onların daha geniş auditoriyaya çatdırılması qaydaları da öyrədiləcək.
İştirakçılar təlimdə əldə edəcəkləri ən yeni bilgilərlə təkcə peşəkar foto və video çəkməyi yox, həmçinin istədikləri mövzuya uyğun qısa sənədli filmlər də hazırlamaq şansı əldə edirlər.

 

Təlimin ilk mərhələsində aşağıdakı mövzular üzrə bilgilər veriləcək:

• Media savadlılığı;
• Rəqəmsal rifah;
• Faktların yoxlanması;

Bu mərhələdə iştirakçılar öyrəndikləri biliklərlə mediada işıqlandırılan məhsulların doğru olub-olmadığını yoxlamağı və onlayn təhlükəsizlik qaydalarını mənimsəyəcəklər.

Hər bir təlim mərhələsinin sonunda iştirakçılar tərəfindən hazırlanmış ən yaxşı layihə üzrə müsabiqə əsasında festivallar keçiriləcək. Qalib iştirakçı qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

İştirakçılar laboratoriya avadanlıqlarından, o cümlədən foto və video kameralardan, mikrofonlardan, montaj masasından və s. təmənnasız istifadə edə biləcəklər.

____________________________

*Proqram haqqında məlumat:

Proqramın müddəti: 10 ay, hər modul 1-2 ay davam edir
Modulların sayı: 6
Təlim günləri: Hər həftəsonu

____________________________

*Proqram kimlər üçündür?

Proqram iki qrup üzrə keçiriləcək.

Birinci qrup: Yuxarıda qeyd olunan bacarıqlara yiyələnmək istəyən 15-18 yaşlı məktəb şagirdləri;

İkinci qrup: 18 yaşından yuxarı, yuxarıda qeyd olunan bacarıqlara yiyələnmək istəyən, həmçinin PR, video/foto çəkiliş/vizual təqdimat sahələrində müəyyən bacarıqları və təcrübəsi olan və bu bacarıqları təkmilləşdirmək istəyən hər kəs;

Seçimlər müsabiqə yolu ilə keçiriləcək.
___________________________

*Tarixlər

Müraciət üçün son tarix :

31.05.2022, saat: 23:59

Təlimlərin başlanğıc vaxtı: İyun, 2022

Təlimlər ödənişsiz əsasda keçirilir.

 

Online qeydiyyat üçün daxil olun