
YÖS imtahanı ilə Türkiyə universitetlərinə qəbul
Son illər Türkiyə universitetlərinə qəbul olmaq istəyən tələbələrin sayı artmaqdadır. Türkiyə universitetlərində təhsilin üstün cəhətləri çoxdur. Elə məhz bu səbəbdən də sizə Türkiyədə təhsil haqqında hazırladığımız qısa məlumatı təqdim edirik.
Türkiyə universitetlərinə qəbul olmağın bir neçə yolları var. Bunlardan biri də YÖS imtahan balı ilə qəbul üsuludur.
YÖS – ( Yabancı Öğrenci Sınavı ) bu imtahan Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün Universitetlərə qəbul imtahandır . Bu imtahan Türkiyədə sırf bakalavr təhsili üçündür.
Siz YÖS balı ilə Türkiyənin həm özəl, həm dövlət olmaqla 150-dən çox universitetinə qəbul ola bilərsiniz. YÖS imtahanı 2 hissədən ibarət olur:
- Məntiq və Riyaziyyat
- Türk dili
Bu imtahan məntiqdən 45, riyaziyyatdan 35 sual olmaqla ümumi 80 sualdan ibarətdir. YÖS imtahanı 90 dəqiqə ərzində keçirilir.
Türk dili imtahanının keçirilməsi, təhsil almaq istəyən xarici vətəndaşın türk dilinə olan biliyinin nə dərəcədə olduğunun yoxlanılması üçündür. Türk dili imtahanı 60 dəqiqə ərzində keçirilir. YÖS imtahanlarından yığıla biləcək maksimum nəticə 100 baldır. Tələbə 60-dan yuxarı bal yığarsa bir çox universitetə (tibb ixtisası xaric) güzəştli təhsil haqqı və ya pulsuz təhsillə qəbul ola bilər.
Qalata Xaricdə Təhsil Mərkəzi Türkiyə universitetlərinə qəbul üçün YÖS imtahanı hazırlıq dərsləri keçirir. Dərslər peşəkar müəllimlər tərəfindən pulsuz dərs vəsaitləri ilə keçirilir. Tələbələrimizin sənəd qəbulu da kursumuz tərəfindən aparılır. Əgər siz də gələcəkdə Türkiyədə təhsil almağı planlaşdırırsınızsa, o zaman bizə müraciət edə bilərsiniz. Tələbələrimizin qəbuluna 100% zəmanət veririk! Türkiyədə təhsil və YÖS ilə bağlı suallarınızı təhsil mərkəzimizə yaxınlaşaraq əldə edə bilərsiniz.
– Professional müəllimlərdən dərs
– Pulsuz dərs vəsaiti
– Həftəlik 12 saat dərs
– Hər ay valideyn iclası
– Pulsuz Türk dili dərsləri
– İmtahan və sənəd qəbulunun aparılması
– Online valideyin nəzarəti sistemi
Ünvan: Bülbül pr 19, Af Mall 4-cü mərtəbə
Əlaqə telefonları:
+994 50 518 23 30
+994 12 555 23 30