YÖS imtahanları – YÖS imtahanı nədir ?
YÖS imtahanları
YÖS ( Yabancı Öğrenci Sınavı ) imtahanı Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır .YÖS imtahan balı ilə siz Türkiyənin həm özəl, həm dövlət olmaqla 150-dən çox universitetinə asanlıqla qəbul ola bilərsiniz. Bu imtahan Türkiyədə sırf bakalavr təhsili üçündür. Hər universitet üçün YÖS imtahanı tarixləri fərqlidir. YÖS imtahanları
YÖS imtahanı 2 hissədən ibarət olur:
- Məntiq və Riyaziyyat
- Türk dili
Məntiq və Riyaziyyat bölməsindən : 45 sual məntiq, 35 sual riyaziyyat olmaqla tələbəyə verilən zaman 90 dəqiqədir. Təhsil dili türk dili olduğu üçün tələbələrin türk dili biliyi də yoxlanılır. Bu imtahana 60 dəqiqə vaxt ayrılır. YÖS imtahanında yığa biləcəyiniz maksimum nəticə 100 baldır.
Tibb təhsili istisna olmaqla əgər siz 60+ bal yığsanız Türkiyənin orta səviyyəli universitetlərinə güzəştlə qəbul ola bilərsiniz.
Qalata Xaricdə təhsil mərkəzi tələbələrin Türkiyə universitetlərinə qəbulunu həyata keçirir. Türkiyədə təhsil haqqında daha ətraflı məlumat üçün təhsil mərkəzimizə yaxınlaşa və ya telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.